Bir nəfər 16 kiloqram narkotiklə saxlanılıb
Tarix: 05-02-2026 08:50 | Bölmə: Xəbərlər

Bir nəfər 16 kiloqram narkotiklə saxlanılıb

Samux Rayon Polis Şöbəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş 37 yaşlı Heydər Quliyevi saxlayıb.

Reyting.az-ın məlumatına görə, həmin şəxsdən ümumi çəkisi 16 kiloqram 155 qram olan narkotik vasitə olan həşiş və marixuana aşkarlanıb.

Araşdırmalarla müəyyən edilib ki, H. Quliyev narkotikləri satmaq məqsədilə əldə edib.

Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.





Bölməyə aid digər xəbərlər