Bakıda 53 yaşlı şəxs öldürülüb
Tarix: 23-02-2026 13:20 | Bölmə: Xəbərlər

Bakıda 53 yaşlı şəxs öldürülüb

Bakıda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Reyting.az xəbər verir ki, bu barədə Xəzər rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində 53 yaşlı İlqar Məmmədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla İqor Lısenkonun tanışı İlqar Məmmədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. İqor Lısenko iş üzrə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.





Bölməyə aid digər xəbərlər