Energetika nazirliyində yeni təyinat olub - Foto
Tarix: 26-02-2026 11:06 | Bölmə: Xəbərlər

Energetika nazirliyində yeni təyinat olub

Orxan Məmmədli Energetika Nazirliyinin İqtisadi sahələr və məişət üzrə enerji səmərəliliyi şöbəsinin müdiri təyin edilib.

Reyting.az valyuta.az-a istinadla xəbər verir ki, O. Məmmədli bundan əvvəl 2023-cü ildən Energetika Nazirliyində baş məsləhətçi vəzifəsində çalışıb. Həmçinin Dövlət Neft Şirkətində 2018-2019-cu illərdə qazpaylayıcı stansiyanın operatoru, 2019-2022-ci illərdə isə Qaz İxrac İdarəsində energetik kimi fəaliyyət göstərib.

Qeyd edək ki, o, 2012-2016-cı illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində elektroenergetika mühəndisliyi ixtisası üzrə bakalavr təhsili alıb. 2019-2021-ci illərdə "Geneva Business School"da neft və qazın idarə edilməsi ixtisası üzrə Biznesin İdarəedilməsi Magistri (MBA) dərəcəsi alıb. Həmin illərdə paralel olaraq Bakı Ali Neft Məktəbində Biznesin idarə edilməsi (ümumi) ixtisası üzrə magistr təhsili alıb.





Bölməyə aid digər xəbərlər