ABŞ səfirliyi Xocalı soyqırımı ilə bağlı paylaşım edib
Tarix: 26-02-2026 10:18 | Bölmə: Xəbərlər

ABŞ səfirliyi Xocalı soyqırımı ilə bağlı paylaşım edib

ABŞ-nın Azərbaycandakı səfirliyi Xocalı faciəsinin 34-cü ildönümü ilə bağlı paylaşım edib.

Reyting.az xəbər verir ki, paylaşım səfirliyin sosial media hesabında edilib.

Paylaşımda, 1992-ci ildə Xocalıda həlak olanların xatirəsinin dərin ehtiramla yad edildiyi qeyd olunur: “Azərbaycan xalqına qoşuluruq. ABŞ Səfirliyi adından həlak olanların ailələrinə və yaxınlarına ən səmimi və dərin hüznlə başsağlığı veririk.

Qurbanların xatirəsini anarkən insan ləyaqətinin qorunmasının, mərhəmətin və gələcək nəsillər naminə davamlı sülhün qurulmasının vacibliyini bir daha xatırlayırıq”.





Bölməyə aid digər xəbərlər