General-leytenant yeni vəzifəyə təyin olunub
Tarix: 23-02-2026 14:03 | Bölmə: Xəbərlər

General-leytenant yeni vəzifəyə təyin olunub

Bu yaxınlarda təqaüdə göndərilən 43 yaşlı general-leytenant Babək Qurbanov yeni vəzifəyə təyin olunub.

Reyting.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, o, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin köməkçisi vəzifəsinə təyinat alıb.

Son olaraq DSX Mərkəzi Aparatının rəisi vəzifəsində çalışan B. Qurbanov səhhəti ilə bağlı hərbi xidmətdən ayrılıb. General bundan sonra fəaliyyətini mülki işçi kimi davam etdirəcək.

Qeyd edək ki, B. Qurbanov İkinci Qarabağ müharibəsi zamanı şücaəti ilə seçilib. Müharibədən sonra ona "Vətən Müharibəsi Qəhrəmanı" fəxri adı, sonradan general-mayor, bir neçə il sonra isə general-leytenant ali hərbi rütbəsi verilib.





Bölməyə aid digər xəbərlər