Dini liderlər “Ana Fəryadı” abidəsini ziyarət ediblər
Tarix: 26-02-2026 11:10 | Bölmə: Xəbərlər

Dini liderlər “Ana Fəryadı” abidəsini ziyarət ediblər

Azərbaycandakı dini konfessiyaların rəhbərləri Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Bakının Xətai rayonunda yerləşən "Ana Fəryadı" abidəsini ziyarət ediblər.

Reyting.az xəbər verir ki, ziyarətdə Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev, Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Yepiskop Vladimir Fekete, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan yepiskopu Aleksiy, Bakıdakı Avropa Yəhudiləri İcmasının rəhbəri Aleksandr Şarovski, Alban-udi Xristian Dini İcmasının sədri Robert Mobili və Sefarad yəhudiləri Bakı icmasının rəhbəri Zamir İsayev iştirak ediblər.

Onlar abidə önünə gül dəstələri düzüb, şəhidlərin müqəddəs ruhuna dualar oxuyublar.





Bölməyə aid digər xəbərlər