Bakı-Laçın reysi üzrə ilk avtobus yola düşüb
Tarix: 25-02-2026 09:30 | Bölmə: Xəbərlər

Bakı-Laçın reysi üzrə ilk avtobus yola düşüb

Bu gündən fəaliyyətə başlayan Bakı-Laçın reysi üzrə avtobuslar Laçın-Həkəri-Zəngilan yolu ilə hərəkət edir.

Reyting.az-ın məlumatına görə, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildiriblər ki, avtobuslar Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Laçına hər gün saat 08:00-da, əks istiqamətdə isə 16:00-da yola düşəcək.

Bakı-Laçın reysi üzrə gedişhaqqı 16,10 manat müəyyən edilib.

Marşrut üzrə aralıq məntəqəsi Zəngilan rayonunun Ağalı kəndi təyin olunub. Aralıq məntəqə üzrə gedişhaqqı 13,80 manatdır.

Biletləri yalnız onlayn qaydada “biletim.az” portalı üzərindən əldə etmək mümkündür.

Xatırladaq ki, Azərbaycan vətəndaşları “biletim.az” portalı və ya mobil tətbiqi üzərindən bilet əldə edərkən işğaldan azad edilmiş ərazilərə buraxılış üçün icazələr avtomatik qaydada təqdim olunur.





Bölməyə aid digər xəbərlər