10:17 / 18-09-2025
Gürcüstanda SOCAR-ın avtomobilinə silahlı hücum olub
09:22 / 18-09-2025
Azərbaycanda Milli Musiqi Günü qeyd olunur
09:16 / 18-09-2025
Putinin müharibə əleyhdarı olan silahdaşı istefa verib
09:05 / 18-09-2025
Ərdoğan: Haram əllərin müqəddəs Qüdsü ləkələməsinə izn vermərik!
08:59 / 18-09-2025
“Digital Week 2025” Beynəlxalq Forumu başlayıb
08:52 / 18-09-2025
“Qızıl günbəz” ABŞ-a 175 milyard dollara başa gələcək
08:47 / 18-09-2025
Vens Kirkin qətli ilə bağlı kobud sözlər işlədib
08:41 / 18-09-2025
Kiyev yenə PUA-ların hücumuna məruz qalıb
08:37 / 18-09-2025
Obama Trampın qüsurunu açıqlayıb
23:29 / 17-09-2025
“Qarabağ” UEFA reytinqində irəliləyib
22:16 / 17-09-2025
Müəllimlərin sertifikatlaşdırılması prosesi başlayır
18:00 / 17-09-2025
1, 3 və 5 qəpikliklər dövriyyədən çıxarılacaq? - Açıqlama
17:54 / 17-09-2025
Prezident Dövlət Proqramını təsdiqləyib
17:50 / 17-09-2025
Maşın alverçiləri həbs olunub - Yarım milyonluq dələduzluq işi
17:44 / 17-09-2025
Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - Sərəncam
17:26 / 17-09-2025
Aktyorun adı ilə dələduzluq ediblər
16:59 / 17-09-2025
Məşhur aktrisalar yenidən cadugərlik edəcəklər - Fotolar
16:56 / 17-09-2025
Aİ komissarı Azərbaycana gəlir
16:39 / 17-09-2025
Keçmiş səfirin qızına cinayət işi açılıb
16:27 / 17-09-2025
Qarabağ Universitetinin yataqxanası istifadəyə verilib - Fotolar
16:23 / 17-09-2025
Azərbaycanlı deputatın şirkətinə cinayət işi açılıb
16:02 / 17-09-2025
Bakı metrosunda iş rejimi uzadılıb
15:57 / 17-09-2025
Azərbaycan Kubokunun 2025/2026 mövsümünün püşkü atılıb
15:30 / 17-09-2025
Yağışlı hava sentyabrın 21-dək davam edəcək
15:17 / 17-09-2025
Alim Qasımov: "Arvaddır, boşayıram, yenə alacağam..."
15:01 / 17-09-2025
Vəkil Cavidan Osmanlıya cinayət işi açılıb
14:49 / 17-09-2025
Azərbaycanlı diaspor sədrinin vətəndaşlığı ləğv edilib
14:27 / 17-09-2025
Toxunuş qızılın kütləsini azaldır
14:00 / 17-09-2025
Müdafiə nazirinin mərhum müavininin cinayət işi üzrə məhkəmə yekunlaşıb
13:31 / 16-09-2025

20:48 / 13-09-2025

18:40 / 14-09-2025

15:37 / 14-09-2025

13:50 / 14-09-2025

13:02 / 15-09-2025

13:17 / 14-09-2025

15:11 / 15-09-2025

13:27 / 13-09-2025

13:39 / 16-09-2025

00:04 / 16-09-2025

Çernobıl, xilaskar ata və mən - Vahid Qazi yazır
Tarix: 07-06-2019 09:11 | Bölmə: Xəbərlər

Sovet deyəndə dodağı dörd yerdən çatlayanlara təzəcə çəkilmiş ”Çernobıl” serialına baxmağı məsləhət görürəm. Müstəqillik illərində doğulan gənclərə isə baxmağı ona görə tövsiyə edirəm ki, hansı mənəvi-siyasi irsin daşıyıcısı olduğumuzu bilsinlər. 28 ildir insanyönlü cəmiyyət qura bilməməyimizin səbəbi haqda düşünəndə bu bilgi gərəkləri olar.
”Durak” nə qədər sovetin rəsmi varisi indiki Rusiyaya güzgü tutan filmdirsə, o serial da bizim bəzən xoş xatirələrlə andığımız, hərdən lap nostalji duyğular yaşadığımız, əslindəsə gerçək simasını görmədiyimiz sovetin mahiyyətini sərgiləyir.
Filmdə o dəhşətli səhnələri seyr edərkən, xüsusən də bəxtsiz sovet əsgərlərinin faciəli durumuna baxarkən istər-istəməz öz əsgərlik çağım yadıma düşdü. Atamın Çernobıldan məni necə xilas etməsini xatırladım.
Söz vaxtına çəkər, 1986-cı ilin iyun ayı idi, atam, dayım, əmim məni əsgərliyə yola salmaq üçün Biləcəriyə gəlmişdilər. Maraqlanıb öyrəndilər ki, bugünkü çağırışçıları Ukraynaya aparırlar. Bunu eşidəndə atamın düşdüyü halı kaş təsvir edə biləydim. Onun ”Çernobıla aparırlar!” nidası hələ də qulağımdadı. Atamın üzündə əvvəllər heç vaxt şahidi olmadığım bir təşviş gördüm. İki ayağını bir başmağa dirədi: ”Olmaz, ora olmaz!”
Kiminlə nə danışdıqlarını bilmədim, tək onu bildim ki, məni bir həftə sonrakı ”otpravka”ya saxladılar. Dayım dost-tanışı işə saldı, atam kiməsə görüm-baxım elədi, nəhayətdə, Kuybışevə, indiki Samara şəhərinə gedənlərin siyahısına düşdüm.
Çernobıl qəzasından iki ay keçmişdi. Oradan təzadlı xəbərlər gəlirdi. Faciənin miqyasından heç kimin xəbəri yox idi, heç atam da əslində orada nə baş verdiyini sonacan kəsdirmirdi. Amma elə bil serialdakı dərisi əriyib paltarına qaynaq olan əsgərləri gözüylə görmüşdü.
Bir sözlə, o vaxt atamın panik təkidiylə atom şüalanmasından uzaq bir yerə göndərildim. Buna nəyin ironiyası deyim, bilmirəm – Kuybışevdə təlimlərdən sonra Orenburqun Totsk deyilən səhrasında piyada motoatıcı diviziyaya düşdüm. Qışda mənfi 50 dərəcə şaxta, çöllü-biyaban, köhnə sovet tankları, bir də şəkildə gördüyünüz arıq, çəlimsiz sovet əsgəri…

Bura 1954-cü ildə atom bombası atılmış Totsk poliqonudur.
Taledən qaçmaqmı olar, illah da SSRİ kimi ölkədə!
Sonralar biləcəkdim ki, poliqonda tank sürməyi öyrəndiyim Totskda 1954-cü ildə marşal Jukovun komandanlığı altında atom silahı sınaqdan keçirilibmiş. Dünya hərb tarixində misli görünməyən qorxunc bir təlimdən danışıram. On minlərlə atı, inəyi, donuzu, it-pişiyi, toyuq-cücəni… və 45 min əsgəri – öz vətəndaşını hərbi sınağa görə qurban verən bir dövləti gözünüzün qabağına gətirin!
Nəyə görə o seriala baxmanızı istəyirəm?
Bilirəm, Svetlana Aleksiyeviçin Nobel mükafatlı ”Çernobıl duaları. Gələcəyin xronikası” kitabını oxumağa vaxt yoxdur. Ciddi kitabların pop-kültür kölgəsində qaldığı zəmanədə yaşayırıq. Baxsanız, görəcəksiniz ki, ”Çerbonıl” mini-serialı insanı “adam yerinə qoymayan” bir siyasi sistemdən danışır. Belə ölkələrdə vətəndaş insan yox, statistik rəqəmdən başqa bir şey deyil.
“Hər şey insan üçün” prinsipiylə qurulan cəmiyyətlərdən fərqli olaraq, insanın dəyərsiz olduğu siyasi sistemlər bir-birinə oxşayırlar. Belə sistemlər hələ də var və biz buna indi də şahidik.
Bəşər tarixinin ən dəhşətli texnogen fəlakəti haqda xəbəri kommunistlər siyasi propoqanda naminə gizlətməyə çalışdılar. Gizlədə bilməyəndə miqyasını kiçiltməyə can atdılar.

Serialdan kadr
“Çernobıl” serialının tamaşaçıya bir mesajı da odur ki, vicdanı deqradasiyaya uğramışları hakimiyyətə yaxın buraxmaq olmaz!
Tək Rusiya deyil, əksər keçmiş sovet ölkələri də sosializmin mənəvi varisləri, irs daşıyıcılarıdır. Serialda sadə insanların fədakarlığı, on minlərlə əsgərin, yanğınsöndürənin, şaxtaçının qəhrəmanlığı fonunda öz vətəndaşlarının taleyinə biganə ölkə rəhbərliyi də yer alıb. Xalqa, sadə insanlara keçmiş kommunistlərin münasibətini sonralar da az görmədik.
Azad cəmiyyətlərdə olduğu kimi azad olmayan ölkələrdə də adamlar bərabərdilər. Amma birində hər şeydilərsə, o birində heç nədilər!
Onda atam məni xilas etdi, əks halda o serialdakı qurbanlıq əsgərlərdən biri olmaq ehtimalım çox böyük idi.
İndi atam yaşdayam. Mən də xilaskar olmaq istəyirəm! Xilası balalar üçün insanın ən ali varlıq sayıldığı bir cəmiyyət qurmaqda görürəm.
Mənim nəslim müstəqilliyə nail olsa da, insansevər bir cəmiyyət qura bilmədi. Çünki özündən, daşıyıcısı olduğu müti irsdən azad deyildi.
“Çernobıl” serialına baxın, illah da gənclər! Ataların bir vaxt yaşadığı ölkəni görün və başınıza çarə qılın – özünüzə insan üzlü ölkə düzəldin!
Vahid QAZİ
7 iyun 2019
Bölməyə aid digər xəbərlər

Bu gün, 10:17
Gürcüstanda SOCAR-ın avtomobilinə silahlı hücum olub
Bu gün, 09:16
Putinin müharibə əleyhdarı olan silahdaşı istefa verib
Bu gün, 08:41
Kiyev yenə PUA-ların hücumuna məruz qalıb
Bu gün, 08:37
Obama Trampın qüsurunu açıqlayıb
Dünən, 16:56
Aİ komissarı Azərbaycana gəlir
Dünən, 16:39
Keçmiş səfirin qızına cinayət işi açılıb
Dünən, 15:01
Vəkil Cavidan Osmanlıya cinayət işi açılıb
Dünən, 14:27
Toxunuş qızılın kütləsini azaldır
Dünən, 13:49
"Bakı Kart"a digər şəxs rəhbərlik edəcək
Dünən, 12:39
Deputat: “Güzəşt müddəti uzadılsın”
Dünən, 11:44
İsrailin Qəzzaya hücumları davam edir
Dünən, 11:19
İlham Əliyev Donald Trampa təşəkkür edib
Dünən, 10:09
Sumqayıtda ər arvadını, daha sonra isə özünü öldürüb
Dünən, 09:25
Qurban Qurbanov: "Biz bu oyundan həzz almalıyıq"
16-09-2025, 17:39
Ali Məhkəmənin hakimi təqaüdə göndərilib
16-09-2025, 15:55
İlham Əliyev və BƏƏ prezidenti Yeni Şuşa məscidində - Fotolar
16-09-2025, 15:11
Cəlilabadda məktəbli bıçaqlanıb
16-09-2025, 10:59
Nazir: “Müharibə 60 və ya 90 günə bitə bilər”
16-09-2025, 10:28
Tramp qəzetdən 15 milyard dollar təzminat istəyir
16-09-2025, 08:12
Fəalın qətlində təqsirləndirilən şəxsi edam edəcəklər
16-09-2025, 07:55
Rubio: Tramp münaqişəyə son qoymağa çalışır
15-09-2025, 18:00
Şuşada külli miqdarda silah-sursat aşkarlanıb
15-09-2025, 17:51
Bakıda və rayonlarda leysan yağacaq - Xəbərdarlıq
15-09-2025, 16:57
İş adamı Vüsal Abbasov həbs edilib
15-09-2025, 14:44
Nazirliyin Aparat rəhbəri vəzifədən azad olunub
15-09-2025, 13:38
Prezident Ərdoğan Qətərə gedib
15-09-2025, 11:23
Təyyarə qəzasından yalnız pilot sağ çıxıb
15-09-2025, 11:09
Füzulinin Qaraxanbəyli kəndinin layihəsi açıqlanıb
15-09-2025, 11:06
İlham Əliyev Xocalıda daha bir kəndə baş çəkib - Fotolar
15-09-2025, 10:22
Donald Tramp İsrailə xəbərdarlıq edib
15-09-2025, 09:34
Bakıda mənzildən meyit tapılıb
15-09-2025, 08:57
Xəzər dənizində zəlzələ baş verib
15-09-2025, 08:08
Husilər silahı yerə qoymağı düşünmürlər
15-09-2025, 07:55
“Çarli Kirk şousu”nu Vens aparacaq
15-09-2025, 07:39
Azərbaycanda Bilik günü qeyd olunur
14-09-2025, 10:29
Dünya çempionatı Bakıda keçiriləcək
14-09-2025, 10:05
İki qəzada üç nəfər həyatını itirib
13-09-2025, 20:48
Deputat 120 şagirdə məktəb ləvazimatları verib - Fotolar
13-09-2025, 15:55
“Space TV”nin yayımı 6 saatlıq dayandırılacaq
13-09-2025, 15:44
Sosial şəbəkələrdə dələduzluq edən şəxs saxlanılıb
13-09-2025, 12:30
Bakıda tikinti şirkətinin rəhbəri axtarışa verilib
13-09-2025, 12:25
"Vüsal 300" kimi tanınan iş adamına cinayət işi açılıb
13-09-2025, 11:12
Sosial şəbəkələrdə dələduzluq edən şəxs saxlanılıb
13-09-2025, 09:29
Kamçatkada 7,1 maqnitudalı zəlzələ olub
12-09-2025, 23:44
Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb
12-09-2025, 22:10
Salyanda 62 yaşlı kişi güllələnib
12-09-2025, 17:40
Xocalının daha iki kəndinə köç olacaq
12-09-2025, 17:01
Donald Tramp: "Biz çox sərt hərəkət etməli olacağıq"