Qarabağ qaziləri Akif Nağını dəstəkləyir - Foto
Tarix: 31-01-2020 17:33 | Bölmə: Xəbərlər
Qarabağ qaziləri Akif Nağını dəstəkləyir

“Qarabağ Qaziləri” Birliyinin üzvləri bu gün seçki qərargahına gələrək 9 saylı Binəqədi Seçki Dairəsindən deputatlığa namizəd, Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağını dəstəklədiklərini bildiriblər.

Reyting.az
-ın məlumatına görə, “Qarabağ Qaziləri” Birliyinin sədr müavini Rafiq Kərimov, İdarə Heyətinin üzvü Mirsahib Alıyev və digərləri çıxış edərək Birliyin sədri Asəf Əliyevin salamını çatdırıb, Birlik üzvləri adından Akif Nağıya uğurlar arzulayıblar.

Qarabağ qaziləri Əkbər Rüstəmov, Tahir Bayramov, Abdal Qəhrəman, Qələndər İsmayılov, Kərəm Səfərov, Oqtay Vəliyev, İlahiyyatçı Hacı Fərman Azançı, hərbi jurnalist Firuzə Əsədullayeva, ictimai xadim Şaiq Süleymanov və digərləri namizəd haqqında xoş sözlərini, arzularını dilə gətiriblər.

Deputatlığa namizəd Akif Nağı, seçki qərargahının rəhbəri Barat İmani xoş sözlərə, dəstəyə görə qonaqlara təşəkkür ediblər.

Qarabağ qaziləri Akif Nağını dəstəkləyir
Qarabağ qaziləri Akif Nağını dəstəkləyir




Bölməyə aid digər xəbərlər