Fransa Rusiyanın qeyri-biometrik pasportlarını tanımayacaq
Tarix: 26-04-2025 10:06 | Bölmə: Cəmiyyət
Fransa Rusiyanın qeyri-biometrik pasportlarını tanımayacaq

Fransa artıq beş il müddətinə verilmiş və biometrik olmayan Rusiya pasportlarını səyahətlər üçün təqdim olunan etibarlı sənədlər kimi tanımayacaq. Müvafiq elan Rusiya Federasiyasına Şengen vizalarını emal edən VMS Viza Mərkəzinin saytında yerləşdirilib.

Reyting.az
xəbər verir ki, Viza Mərkəzinin məlumatına görə, yaxın gələcəkdə rusiyalı turistlər hələ də mayın 3-dək viza veriləcəyi təqdirdə müvəqqəti qeyri-biometrik pasportla Fransaya daxil ola biləcəklər.

"Uletet" nəşri yazır ki, bununla bağlı Avropa İttifaqı Şurasının rəsmi saytında elan da dərc olunub. Bildirilir ki, artıq Rusiya Federasiyasının qeyri-biometrik pasportları may ayının əvvəlinə qədər və 15 yaşınadək uşaqlara verilən pasportlar istisna olmaqla, Fransa dövlət qurumları tərəfindən vətəndaşlığı, şəxsiyyəti təsdiq edən etibarlı sənəd kimi tanınmayacaq.

Fransa dövlətinin Rusiyadakı səfirliyi bu yeniliklə bağlı hələ ictimaiyyətə açıqlama verməyib. Üstəlik, Rusiya hakimiyyətinə yaxın mənbələrin iddiasına görə, belə bir qərarın qəbul olunması daha bir problem yaradacaq. Çünki Fransada yaşayan və 5 illik pasportu olan rusların pasportlarını nə vaxt yeniləməli olacağı bəlli deyil.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
23-04-2025, 12:45 Sabah yağış yağacaq
23-04-2025, 09:51 Çaylarda sululuq artıb