12:01 / 20-05-2025
Un neçəyədir? - Açıqlama
Zəlzələ proqnozu verən astroloq həbs edilib
Tarix: 25-04-2025 17:47 | Bölmə: Cəmiyyət
Zəlzələ proqnozu verən astroloq həbs edilib

“TikTok” sosial media platformasında 300.000-dən çox izləyicisi olan gənc astroloq aprelin 21-də Myanmada güclü zəlzələ olacağını proqnozlaşdırdıqdan sonra “çaxnaşma yaratmaq” ittihamı ilə saxlanılıb.

Reyting.az
-ın məlumatına görə, Myanmada yaşayan 21 yaşlı John Moe The “TikTok”da aprelin 9-da zəlzələ ilə bağlı proqnozunu paylaşıb.

O, paylaşdığı videoda 12 gün ərzində Myanmada “bütün şəhərlərə” təsir edəcək “çox güclü” zəlzələnin baş verəcəyini iddia edib: “Gün ərzində hündür binalarda qalmayın. Əhəmiyyətli əşyalarınızı özünüzlə aparın, binalardan uzaq durun”.

Onun paylaşdığı video bir neçə milyon baxış toplayıb.

Astroloq çərşənbə axşamı səhər Myanmanın mərkəzindəki Monyva şəhərindəki evinə basqın zamanı saxlanılıb. Myanma hərbi administrasiyasından verilən açıqlamada aşağıdakı ifadələr yer alıb:

“TikTok” hesabı vasitəsilə şiddətli zəlzələ ilə bağlı saxta xəbərlərin yayıldığına dair xəbər aldıq. Bu şəxs haqqında lazımi hüquqi tədbirlər görüləcək. Eyni şəkildə saxta xəbər yazan, yayan və ya paylaşan şəxslərə qarşı da təsirli tədbirlər görüləcək”.

Qeyd edək ki, bir müddət əvvəl Myanmarın mərkəzi bölgəsində 7,7 bal gücündə zəlzələ baş verib, 3700-dən çox insan həyatını itirib, 60 mindən çox insan yaralanıb. Zəlzələdən sonra bir çox yol və körpülər dağılıb, elektrik və rabitə infrastrukturu dağılıb. İndə zəlzələ xəbərləri bu ölkədə xüsusi həssaslıqla qarşılanır.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq