12:01 / 20-05-2025
Un neçəyədir? - Açıqlama
Putinlə Trampın xüsusi elçisi görüşüb - (Yenilənib)
Tarix: 25-04-2025 18:21 | Bölmə: Slayd
Putinlə Trampın xüsusi elçisi görüşüb - (Yenilənib)

ABŞ prezidenti Donald Trapın xüsusi nümayəndəsi Stiv Vitkoff yenə Moskvaya səfər edib.

Reyting.az
xəbər verir ki, bu barədə Telegram-da “Win/Win” internet telekanalı məlumat yayıb.

Qeyd olunur ki, bu gün Stiv Vitkoff Rusiya prezidenti Vladimir Putin ilə görüşə bilər.

Onu da xatırladaq ki, dünən “The Spectator” yazıb ki, Ukraynadakı münaqişənin həlli Putinlə Vitkoffun Moskvadakı görüşünün nəticələrindən birbaşa asılıdır.

***

Rusiya prezidenti Vladimir Putin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoffla görüşüb.

Reyting.az
Rusiya KİV-lərinə istinadla xəbər verir ki, görüş artıq başa çatıb və Vitkoffun olduğu avtomobil karvanı Kremlin ərazisini tərk edib.

Putinlə Trampın xüsusi nümayəndəsi arasında görüş üç saata yaxın davam edib.

Y. QACAR




Bölməyə aid digər xəbərlər