Anomal istilər barədə xəbərdarlıq edilib
Tarix: 05-07-2020 10:48 | Bölmə: Xəbərlər
Anomal istilər barədə xəbərdarlıq edilib

Rusiyada hidrometeoroloqlar anomal istilər barədə xəbərdarlıq edib.

“RİA Novosti” bildirir ki, Saratov vilayətində, 5-7 iyul tarixlərində havanın istiliyi müsbət 40 dərəcəyə qədər yüksələ bilər.

Rostov (40-41 dərəcə), Həştərxan (40-42 dərəcə), Kalmıkiya (42-43 dərəcə) bölgələrində də isti hava gözlənilir.

Meteoroloji proqnozda deyilir ki, Başqırdıstan, Cənubi və Şimali Qafqaz Federal dairələrində, Çelyabinsk, Kurqan, Kemerovo bölgələrində, Altay diyarında, Krasnoyarsk diyarında, Çukotka Muxtar Dairəsində yüksək temperatura görə, yanğın təhlükəsi gözlənilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}