20:35 / 31-10-2025
Ərdoğan Azərbaycana səfər edə bilər  
 20:21 / 31-10-2025
Rey Kərimoğlu: Layihəmiz yekunlaşsa da, işlərimiz davam edəcək  - Fotolar
 19:59 / 31-10-2025
Baş redaktor barəsində həbs qətimkan tədbiri seçilib  
 19:33 / 31-10-2025
Sabiq icra başçısı barəsində həbs qərarı verilib  
 18:10 / 31-10-2025
Sabiq idarə rəisi hakim qarşısında: "27 min manatı Ramin Şükürova çatdırdım"  
 18:00 / 31-10-2025
Polis sürət qatarına daş atan yeniyetmələri müəyyən edib  
 17:44 / 31-10-2025
Noyabrda hava necə olacaq?  - Aylıq proqnoz
 17:40 / 31-10-2025
Xalq artisti Elmira Rəhimova xəstəxanaya yerləşdirilib  
 17:37 / 31-10-2025
Süni intellekti ucuzlaşdıracaq çip hazırlanır  
 17:03 / 31-10-2025
62 maşın hərraca çıxarılıb  
 16:54 / 31-10-2025
Hikmət Hacıyev: "Zəngəzur dəhlizi Cənubi Qafqazı dəyişəcək"  
 16:37 / 31-10-2025
Rusiyaya növbəti zərbə vurulub  
 16:29 / 31-10-2025
Lukaşenko: Xarici təcavüz olmasa Belarus müharibəyə girməyəcək  
 16:26 / 31-10-2025
Milli Məclis bəyanat qəbul edib - Mətn  
 16:09 / 31-10-2025
Xalça Muzeyi Bulvar İdarəsinə 124 min manat ödəyəcək  
 15:57 / 31-10-2025
Qızıl emalı zavoduna silahlı hücum olub  
 15:52 / 31-10-2025
Əli Həsənov Türkiyəyə köçüb? - Açıqlama  
 15:50 / 31-10-2025
Tavuş vilayətində demarkasiya işləri dayanıb  - Qubernator
 15:40 / 31-10-2025
Rusiyanın zenit-raket sistemi və radar stansiyası vurulub  
 15:33 / 31-10-2025
Hesablama Palatası 2026-cı il dövlət büdcəsinə rəy verib  
 15:30 / 31-10-2025
Zahid Oruc: "Onlar "söyüş blogerləri" yox, terror şəbəkəsidir"  
 15:29 / 31-10-2025
“Aralıq dənizinin açarı Türkiyədədir”  - Politoloq
 15:18 / 31-10-2025
ABŞ-a uçan təyyarədə təhlükəli anlar yaşanıb  
 15:11 / 31-10-2025
Rus ordusu Pokrovskda irəliləyir  
 15:05 / 31-10-2025
Ermənistan vətəndaşlarının məhkəməsi davam edir  
 15:04 / 31-10-2025
Ukrayna Rusiyanın hərbi hesablamalarını pozur  
 14:51 / 31-10-2025
Maduro sərt cəza tədbirlərinə başlayır  
 14:34 / 31-10-2025
Altı milyon il əvvəlin buzu tapılıb  
 14:26 / 31-10-2025
AFFA-nın İntizam Komitəsinin qərarından apellyasiya şikayəti verəcəklər  
 14:23 / 31-10-2025
Köməkçi: "İcra başçısının müavinləri və baş memar saxlanılmayıb"  
 14:34 / 29-10-2025
 Baş rejissor: Hazırladığımız 12 tamaşanı “Axır Zaman”la yekunlaşdıracağıq  - Müsahibə

 15:13 / 30-10-2025
 Prezident icra başçısını vəzifədən azad edib  - Sərəncam

 14:57 / 30-10-2025
 Daha bir vəzifəli şəxsin adı Ramiz Mehdiyevlə hallanır

 20:19 / 27-10-2025
 Nazir Emin Əmrullayevə bir neçə sual
 Nazir Emin Əmrullayevə bir neçə sual  
 16:17 / 27-10-2025
 Ramiz Mehdiyevin Rusiyaya yazdığı gizli məktub üzə çıxıb - Fotofakt

 11:43 / 29-10-2025
 Qafqazda sülh: Ağ ev Paşinyanı qorumalıdır

 16:57 / 27-10-2025
 1500 illik qızıl sikkə xəzinəsi tapılıb
 1500 illik qızıl sikkə xəzinəsi tapılıb  
 11:27 / 30-10-2025
 İcra başçısı saxlanılıb - DTX əməliyyat keçirib - (Yenilənib)

 17:45 / 29-10-2025
 Ukraynanın iki şəhəri mühasirəyə alınıb
 Ukraynanın iki şəhəri mühasirəyə alınıb  
 16:37 / 27-10-2025
 Prezident səfirləri geri çağırıb - Yeni təyinatlar - (Yenilənib)

 12:22 / 27-10-2025
 Azərbaycanın Yaxın Şərq həmləsi: Vaşinqtondan dəstək var

 11:16 / 31-10-2025
 İki itkin şəhidimiz Xocalıda dəfn edilib  - Fotolar

Qulağı buruq deputatlar  
Tarix: 21-08-2017 12:10 | Bölmə: Zaur ƏHMƏD

Uzun illər Cəbrayıl rayonunu təmsil edənlər ictimai rəydə hələ bu şəkildə linç olunmamışdı. Amma sabiq icra başçısı Mahmud Quliyevlə, cəbrayıllıların adından, haqsız yerə Milli Məclisdəki kürsünü zəbt edən Astan Şahverdiyevə “təşəkkür” eləmək olar.
Mahmud Quliyevin “kopolu” söhbəti ilə, Astan Şahverdiyevin “otxod” məsələsi bizim tərəfləri əməlli-başlı “reklam” elədi. Son dövrlərə qədər hamı bizim camaatı sakit, sözsüz-söhbətsiz, qalmaqalsız, üzüyola camaat kimi tanıyırdı. Əslində, elə indi də eləyik. Amma uzun illər üzə çıxmayan bu cütlük “dil açandan” bəri daşımız daş üstə qalmayıb.
“Qaçqınkom” sədri Əli Həsənovun nəvəsinin məsələsindən hər kəs məlumatlıdır. Odur ki, bunun üstündən keçirəm. Hamı bilir ki, Astan Şahverdiyev üçün Əli Həsənov kimdir. Deputatın onun müdafiə etməsini də anlayıram. Buna görə onu qınayanları da, tənqid edənləri də başa düşürəm. Təhqir edənlərin fikirlərini isə bölüşmürəm, lakin onların da aqressiyası başadüşüləndir.
Mən, Şahverdiyevi qınamıram. Adam öz aləmində düz edib. Düzü, ondan başqa nəsə gözləməyə də dəyməzdi. Çünki bu adam danışdıqca batır... Bacarmır, yaxud bacardığı budur.
Biz, Şahverdiyevin hansı yolla deputat olduğunu bilirik. Həmkəndlilərinin yarısından çoxu, rayonun isə böyük əksəriyyəti bu adama səs verməyib. Səsvermə qutularından bu adamın adı çıxıb, ona söz yox. Amma necə? Bu başqa məsələdir. Mən o kitabı çoxdan bağlamışam, yenidən vərəqləməyə lüzum yox...
Sözümün canı başqadır. Astan Şahverdiyevə münasibətimi bəri başdan qeyd elədim ki, sonra kimsə başqa cür anlamasın. Bu adam haqqa girib, haqqı olmayan kürsünü illərlə zəbt edib, o tribunadan cəbrayıllıların hüquqularını müdafiə eləməyib. Amma kiminsə nəvəsinin harınlığını ört-basdır edərək müdafiəyə qalxır. Bütün hallarda xalqın yox, hansısa məmurun yanında yer alan adama rəğbətim ola bilməz.
Amma bu prosesdə böyük bir əmma var. Həqiqətən də son proseslərdə Astan Şahverdiyevə yazığım gəldi. Millət vəkili adını daşıyan bir şəxsin bu qədər zavallı duruma salınmasına çox pis oldum. İllərdir eyni cəbhədə olduğun, eyni siyasi kursu bölüşdüyün şəxslərin 70 yaşında sənə “qulaq burması” verməsi ağır dərddir.
Yəqin ki, Milli Məclisin İntizam komissiyasının sədri Ağacan Abıyevin deputat həmkarı Astan Şahverdiyevlə bağlı məsələyə münasibətindən çoxlarının xəbəri var.
Ağacan Abıyev deyib ki, deputatlar işə çıxandan sonra Astan Şahverdiyevlə bağlı daxil olan şikayətlərə baxılacaq:
"Astan Şahverdiyevlə bağlı şikayətlərə baxıldıqdan sonra müvafiq qərar qəbul olunacaq. Əgər şikayətlər olsa, yəqin ki, Astan Şahverdiyevə yenə “qulaqburması” veriləcək. Ancaq hələlik məlum deyil ki, onunla bağlı hansı şikayətlər var. Bu məsələ obyektiv araşdırılandan sonra müvafiq addımlar atılacaq”.
İkisi də ahıl çağındadır, amma nə danışdıqlarını bilmirlər. Tutalım, Şahverdiyev səhv edib, lap qanunu pozaraq kimisə müdafiə edib. Bunun cavabı “qulaqburması”dırmı? 70 yaşında adama kim “qulaqburması” verəcək? Bu, proses hansı formada reallaşdırılacaq? Belə çıxır ki, sabah kimsə yanlış bir ifadə işlətsə, ona “qulaqburma” cəzası veriləcək? Bəs, ahıl yaşda deputata “qulaqburma” cəzasını layiq görən Ağacan Abıyev bu aşağılamasına görə analoji cəza ala bilərmi? Məncə, millət vəkili adına yaraşmayan bu cəzanı gündəmə gətirdiyinə görə, Şahverdiyevlə yanaşı, Abıyevə də eyni cəzadan verilməlidir.
Yaxşı olar ki, uzatmayaq. Birdə gördün, qulağı buruq deputatlar qərar verdilər ki, kim bizdən yazsa, həmin jurnalistə də “qulaqburması” verək. Nə qədər ki, qulağımız salamatdır, susaq...
  
Bölməyə aid digər xəbərlər
			
 Müəllifin bütün yazıları - Zaur ƏHMƏD   
 
Bölməyə aid digər xəbərlər

 ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək 