10:11 / 14-10-2025
Azərbaycan-İran-Rusiya birgə İşçi qrupu yaradılacaq
10:01 / 14-10-2025
Dövlət qulluğuna qəbul imtahanı keçiriləcək
09:52 / 14-10-2025
Al Paçino "Ata Co" filmində baş rola çəkiləcək - Fotolar
09:49 / 14-10-2025
İnam Kərimov: "Məhkəmə müstəqilliyi bir imtiyaz deyil"
09:40 / 14-10-2025
Bu gün üç rayonda qaz olmayacaq
09:21 / 14-10-2025
Bakıda məhkəmə sisteminə həsr olunmuş beynəlxalq konfrans keçirilir
09:11 / 14-10-2025
Sarkozi cəzasını "Sante"-də çəkəcək
09:09 / 14-10-2025
Daha bir QHT sədrinə cinayət işi açılıb
09:00 / 14-10-2025
Pişiklərin ən çox sevildiyi ölkələrin adı açıqlanıb - Siyahı
08:48 / 14-10-2025
“Ceyms Bond” filmləri silahsız təqdim olunub
08:37 / 14-10-2025
Məşhur aktyor qardaşı ilə yol qəzasına düşüb
08:30 / 14-10-2025
Liderlər sülh sazişini imzalayıblar - (Yenilənib) - Foto
08:22 / 14-10-2025
Rusları Latviyadan niyə qovurlar?
08:14 / 14-10-2025
Belçika silahlanmaya 34 milyard avro xərcləyəcək
08:08 / 14-10-2025
Bayden Trampı və komandasını tərifləyib
08:03 / 14-10-2025
Çin ABŞ-la sona qədər mübarizə aparacaq
21:32 / 13-10-2025
Hikmət Hacıyev: "Azərbaycan regional diplomatiyada ön sıralardadır"
21:18 / 13-10-2025
Donald Tramp: İlham Əliyev çox güclü liderdir
20:30 / 13-10-2025
İlham Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak edir - (Yenilənib)
20:10 / 13-10-2025
Donald Tramp Misirdə İlham Əliyevi salamlayıb - Foto
18:04 / 13-10-2025
"Sədərək"də reklam qurğuları sökülür
17:57 / 13-10-2025
Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusuna baxacaq
17:31 / 13-10-2025
Dövlət Komitəsi dəbdəbəli ziyafətə 200 min xərcləyəcək
17:14 / 13-10-2025
Rusiyada terrorçuluq ittihamı ilə 2901 nəfər məhkum edilib
17:03 / 13-10-2025
Gəmidə hərbçilər üçün 800 növ yemək hazırlanır
17:03 / 13-10-2025
Agentliyin strukturu yenidən təşkil olunacaq
16:57 / 13-10-2025
“QHT işi” üzrə daha bir məhkəmə başlayıb
16:53 / 13-10-2025
Tramp İsrail prezidentindən Netanyahunun əfv edilməsini istəyib
16:46 / 13-10-2025
Azərbaycan və Rusiyanın baş nazirlərinin müavinləri görüşüblər
17:58 / 09-10-2025

10:23 / 09-10-2025

11:37 / 10-10-2025

23:11 / 11-10-2025

00:42 / 11-10-2025

21:50 / 09-10-2025

00:12 / 10-10-2025

22:29 / 10-10-2025

09:42 / 10-10-2025

10:56 / 09-10-2025

15:43 / 09-10-2025

18:07 / 12-10-2025

Şərəflə daşınası ad
Tarix: 06-09-2019 12:54 | Bölmə: Zaur ƏHMƏD

Dostlarım, əzizlərim... Bir məsələyə fikrimi bildirmək istəyirəm. Bildiyiniz kimi, şəhid, qazi, döyüşçü məsələsində hər zaman həssas olmuşam. Özüm də şəhid övladı olduğumdan, bu ailələrin hansı əziyyətləri çəkdiyini yaxşı bilirəm. Odur ki, bu ailələrlə bağlı hansısa problem yarandıqda ilk reaksiya verənlərdən, məsələni ictimailəşdirənlərdən, həllinə nail olana qədər geri çəkilməyənlərdən biriyəm. Bundan sonra da bu yoldan çəkilməyəcəyimə əsla şübhəniz olmasın.
Amma bir neçə məqamla bağlı narahatlığımı ifadə etmək istəyirəm.
Birincisi, bəzən hansısa şəhid ailəsi ilə bağlı problem ortaya çıxır. Sosial şəbəkələrdə hansısa şəkil paylaşılır və böyük müzakirəyə səbəb olur. Şəhid ailəsinə sahib çıxmaq, ona dəstək olmaq çox gözəl nümunədir və buna görə sevinirəm. Amma bir məsələ də var ki, bəzən kimlərsə bu kimi məqamlarda dövləti ittiham etmək üçün süni ajiotaj yaradırlar. Mən dövlətpərəst adamam, hakimiyyətpərəst yox ha...
Şəhid ailələrinin problemləri yoxdurmu? Əlbəttə var. Dövlət bu ailələrin hamısını kölgəsi altına ala bilibmi? Təəssüf ki, yox... Lakin bu istiqamətdə görülən xeyli işlər var.
Üzülərək qeyd edim ki, kimlərsə ortada olan problemi şişirdərək gündəm yaratmağa çalışırlar. Bəlkə də bir şəhid ailəsinin qapısını açmayan, bir şəhid məzarını ziyarət etməyənlər şəhid ailəsinin hüquqlarını qoruyan şəxs kimi çıxış edirlər. Təbii ki, bu fikirlərim hamıya aid deyil. Bir onu bilirəm ki, şəhid adını hər dəqiqəbaşı xırda məsələlərdə hallandırmaq şəhidlərimizin ruhunu incidir. Ətrafımdakılardan da tələbim bu olub ki, şəhid ailələrinə mərhəmətlə yanaşmayın. Bizim mərhəmətə ehtiyacımız yoxdur. Mənim fikrimcə, şəhid ailəsi olmaq Allahın bir lütfüdür. Ağır itkidir, amma bu adı şərəflə daşımaq lazımdır.
Bu günlərdə belə bir xəbər yayıldı ki, aprel döyüşlərində şəhid olan qəhrəmanlarımızdan birinin ailəsi Zərdabda ağır vəziyyətdə yaşayır. Hətta ailənin yaşadığı evin fotosunu da çəkərək sosial şəbəkələrdə paylaşıblar. Hamı da dövləti tənqid edir və s.
Təbii ki, dövlət şəhidinə, onun ailəsinə sahib çıxmalıdır. Amma, nə olar, şəhid adını hər xırda məsələyə görə hallandırmayın! Mən şəhid ailəsinin urvatsız hala salınmış obrazda göstərilməsini istəmirəm. Belə məqamlardan sui-istifadə hallarının olduğunu bilərək zərdablı şəhidimizin məsələsi ilə bağlı araşdırma apardım. Dedilər ki, məsələ nəzarətə götürülüb və səhv etmirəmsə, Heydər Əliyev Fondu tərəfindən həmin ailə üçün ev tikilir. İşlər hazırda yekunlaşmaqdadır. Nə gözəl. Əlbəttə, belə problemlərə dərhal reaksiya verilsəydi, daha gözəl olardı.
Digər bir məqam da şəhid ailəsinin üzvü kimi məni daha çox üzür. Heç kim məndən inciməsin. Şəhid adından hər addımbaşı istifadə edib nəsə istəməyi yanlış sayıram. Düzdür, dövlət elə etməlidir ki, şəhid ailəsi qapılara düşməsin, nəsə tələb etməsin. Amma hər şeyin də bir qaydası olmalıdır. Mən şəhid ailələri tanıyıram ki, çox ağır durumda yaşayırlar. Amma, təəssüflər olsun ki, bəzi ailələr şəhid ailəsi kimi şərəfli bir ada uyğun olmayan tələblər irəli sürürlər.
Şəxsən mənim üçün şəhid övladı adını daşımağımın heç bir maddi qarşılığı yoxdur, indiyə kimi də bu adla nəsə tələb etməmişəm. Ədalət tələb etmişəm, amma mərhəmət əsla...
Lütfən, şəhid adının nə qədər uca olduğunu unutmayaq!
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Zaur ƏHMƏD
Bölməyə aid digər xəbərlər