21:16 / 11-07-2025
Xocalı soyqırımı zamanı girov götürülmüş qadın: "Yaşyarımlıq oğlum..." - (Yenilənib)
19:05 / 11-07-2025
"Qarabağ" klubu növbəti yoxlama oyununda qalib gəlib
18:06 / 11-07-2025
İqtisadi Şuranın iclası keçirilib
18:02 / 11-07-2025
Maliyyə Nazirliyi depozit hərracları keçirib
17:59 / 11-07-2025
Yerə düşən Mars parçası satışa çıxarılır
17:47 / 11-07-2025
Könül İbrahimlinin ölümü ilə bağlı cinayət işi açılıb
17:45 / 11-07-2025
Fransada üç deputatın mandatı ləğv edilib
17:37 / 11-07-2025
Kim Çen In Putinə nə qədər sursat verir?
17:32 / 11-07-2025
Aİ Azərbaycan və Ermənistana çağırış edib: sülh sazişini tezləşdirin!
17:24 / 11-07-2025
Bakı və daha üç bölgədə yaşıllıqlar məhv edilib
17:08 / 11-07-2025
Böyük şəhərlərdə pensiyalar verilir
17:01 / 11-07-2025
Miqrasiya Xidməti əməkdaşlarının geyim forması dəyişib - Fərman
16:57 / 11-07-2025
Prorektor vəzifədən azad olunub
16:56 / 11-07-2025
Rusiya Polşanın Baş Konsulluğunu bağlayır
16:32 / 11-07-2025
Ağsaqqallar Şurasının sədr müavini mıəhkəmədə dindiriləcək
16:06 / 11-07-2025
Ekspert: “Əgər məsuliyyətə cəlb olunmalı bir nəfər varsa, o da Emin Əmrullayevdir"
15:45 / 11-07-2025
"Karvan" daha bir futbolçu ilə anlaşıb
15:41 / 11-07-2025
Havanın temperaturu 41 dərəcəyə qalxacaq - Xəbərdarlıq
15:06 / 11-07-2025
Sosial xidmət müəssisələrinə nəzarət qrupu yaradılır
14:35 / 11-07-2025
Azərbaycan I Liqasının başlama tarixi bəlli olub
14:33 / 11-07-2025
Azərbaycanın daha iki abidəsi UNESCO-nun siyahısına daxil edilib - Foto
14:09 / 11-07-2025
Mollazadə: “Danışıqlardan müsbət nəticə gözləyirik”
13:51 / 11-07-2025
Cəlaloğlu: Vasitəçilər olmadan belə bir görüşün baş tutması böyük əhəmiyyətə malikdir
13:50 / 11-07-2025
"2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun təsdiqlənib
13:45 / 11-07-2025
Dövlət Neft Fondunun büdcəsinin icrası haqqında sərəncam imzalanıb
13:38 / 11-07-2025
Ukrayna üçün final faciəli olacaq
13:03 / 11-07-2025
Hovuzlarla bağlı yeni qadağa tətbiq edilib
13:03 / 11-07-2025
Sabah hava necə olacaq? - Proqnoz
12:58 / 11-07-2025
Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri açıqlanıb
12:55 / 11-07-2025
Putin uzunmüddətli müharibəyə hazırlaşır
12:16 / 08-07-2025

15:10 / 07-07-2025

14:53 / 10-07-2025

13:25 / 08-07-2025

17:43 / 07-07-2025

11:01 / 07-07-2025

18:33 / 07-07-2025

17:07 / 08-07-2025

14:27 / 09-07-2025

00:11 / 11-07-2025

14:39 / 07-07-2025

11:36 / 07-07-2025

Mikayılın nağılı
Tarix: 10-05-2016 15:49 | Bölmə: Zaur ƏHMƏD
Bölməyə aid digər xəbərlər
Tarix: 10-05-2016 15:49 | Bölmə: Zaur ƏHMƏD

Bizim tərəflərin camaatı hələ də elə bilir ki, hansısa vəzifəni tutmaq, hansısa bir quruma rəhbərlik etmək üçün gərək adamın yaşı ötə, saçı ağara, bir balaca da qarnı çıxa. Bu keyfiyyətləri olmayan adamı vəzifəyə qoyanda o dəqiqə "O nə bilir kreslo nədir",- deyirlər.
Təbii ki, təcrübə hər zaman öz sözünü deyir. Amma bir yerə qədər. Məsələn, əgər bir alim pampers geyinib elmi-tədqiqat institutuna işə gəlirsə, artıq burda təcrübə dilini farağat qoysa, yaxşıdır.
Azərbaycanın ən yaralı yeri təhsildir. Hətta Qarabağdan da dərin yara desəm, bəlkə də yanılmaram. Çünki bir az da belə davam eləsə, xəritədə Qarabağın yerini tapa bilməyən nəsil yetişəcək. Cahil bir nəsil isə nə Qarabağı, nə Şirvanı, nə də Muğanı qoruya bilməz. Xülasə, keçək mətləbə...
Ölkədə təhsilin vəziyyəti barədə hər kəs məlumatlıdır. 21-ci əsrdə adını yaza bilməyən attestat sahibləri varsa, onların bəziləri bir az da irəli gedib ali məktəb tələbəsi belə olmağı bacarırsa, o zaman əlavə şərhə ehtiyac qalmır.
Birincisi, 11 il parta arxasında oturan adam niyə adını yazmağı öyrənməyib? Əgər bunu bacarmırsa, attestat alma mərhələsinə qədər necə gəlib? Bəs, bu imtahanlar nəyə lazımdır? Adını yaza bilməyənlər imtahandan necə keçiblər?
Suallar çoxdur. Amma sinəsini irəli verib cavab verən tapılmır.
Mikayıl Cabbarov qoruq rəhbərliyindən təhsil naziri kimi mötəbər, bir o qədər də strateji posta gətiriləndə hər ağızdan bir avaz gəlirdi. Ən çox da deyirdilər ki, baş qoruqçudan nazir olar?
Onun peşəkarlığını şübhə altına alanlar az olmadı. Amma gənc bir kadrın nazir kürsüsünə gətirilməsinin müsbət nəticələri olacağını düşünənlər də var idi. Çünki Misir Mərdanov kimi illərlə təhsil sistemində kök atmış bir adamın qurduğu şəbəkənin gənc nazir tərəfindən çökdürüləcəyinə inam var idi. Zaman keçdi və bu inam ölməyə başladı. Artıq elə bir situasiya yaranıb ki, hamı təhsilin inkişafından əlini üzüb.
Təhsilin ana sütunu müəllimdir. Təhsili dirçəltmək üçün ilk növbədə müəllimi düşdüyü çuxurdan çıxarmaq lazımdır. İllərdir ki, müəllim şagirdin, tələbənin "əlinə baxaraq" gözükölgəli olub, seçki saxtakarlığında rol alaraq "səs oğrusu”na çevrilib. Elə buna görə də müəllimlik peşəsi Azərbaycanda müqəddəslər sırasından çıxıb. Son illər müəllimlik cəmiyyətdə ən az arzuolunan peşəyə çevrilib. Acı da olsa, həqiqət budur.
Düzdür, hələ də müqəddəsliyi dərk edən müəllimlərimiz var və onlara sayğım sonsuzdur. Amma təəssüf ki, onlar böyük çoxluğun arasında görünmürlər.
Təhsil nazirimiz isə hələ də nağıllar, əfsanələr peşindədir. Müəllim adının müqəddəsliyini qaytarmaq əvəzinə, yoxlama dalıyca yoxlama göndərir. Hətta ələbaxımlılığa məhkum edilən müəllimə həqarətli münasibət sərgiləməkdən belə çəkinmir. Gündə bir imtahan, bir monitorinq keçirib müəllimləri bezdirirlər.
Cənab Cabbarov indi də deyir ki, savadı az olan müəllimlər az maaş alacaq. Nazirin sözlərinə görə, müəllim əməyinin stimullaşdırılması ilə bağlı son 2 ildə atılan addımlar bu peşənin nüfuzunun yüksəldilməsində dönüş nöqtəsi olub. Guya bundan sonra strategiyaya uyğun olaraq, əmək haqqı islahatının ikinci mərhələsinə peşəkarlıq səviyyəsindən və əməyin nəticələrindən asılı olan əmək haqqı sisteminə keçiləcək.
Cənab nazir, avazınız yaxşı gəlir, təəssüf ki, oxuduğunuz Quran deyil. Böyük müəllim kontingentini bilmirəm, şəxsən mən nağıllara inanmıram.
Müəllifin bütün yazıları - Zaur ƏHMƏD
Bölməyə aid digər xəbərlər