Ermənistanın müdafiə naziri Qarabağdadır
Tarix: 05-10-2018 17:05 | Bölmə: Gündəm
Ermənistanın müdafiə naziri Qarabağdadır

Ermənistanın müdafiə naziri David Tonoyan oktyabrın 5-də Dağlıq Qarabağa gəlib.

Reyting.az Ermənistan mediasına istinadən bildirir ki, onu ölkənin silahlı qüvvələrinin baş qərargah rəisi Artak Davtyan müşayiət edir.

Məlumata görə, Tonoyan Dağlıq Qarabağdakı işğal rejimin “müdafiə naziri” Levon Mnatsakanyanla komanda heyəti ilə görüşüb.

Görüşdə Ermənistanın separatçı rejimlə əməkdaşlığı və buradakı işğalçı ordunun döyüş qabiliyyətinin yüksəldilməsi müzakirə edilib.

Qarabağ probleminə toxunan David Tonoyan deyib ki, Ermənistanın siyasi rəhbərliyi danışıqlar yolu ilə münaqişənin sülhlə nizamlanmaya üstünlük verir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}