Məşhur boksçu Mayk Tayson şirkətin səfiri olub
Tarix: 23-04-2024 00:02 | Bölmə: İdman
Məşhur boksçu Mayk Tayson şirkətin səfiri olub

Amerikalı idman əfsanəsi Mayk Tayson Rusiyanın hücumuna məruz qalan Ukraynanın peşəkar boksunun biznesini populyarlaşdırmağa qərar verib. Bu səbəbdən o, məşhur sima olaraq "USIC" şirkətinin səfiri missiyasını üzərinə götürüb.

Reyting.az
xəbər verir ki, təsisçiləri WBA, WBO və IBF olan və ağır çəki dərəcəsində titul sahibi kimi seçilmiş Aleksandr Usikin rəhbərlik etdiyi "Ready to Fight" şirkəti də keçmiş dünya çempionu Mayk Taysonun istəyi ilə bu kampaniyaya qoşulub.

Mayk Tayson, həm də toplanan bu böyük tərkibli komandanın direktoru vəzifəsini icra edən Sergey Lapinlə birlikdə açıqlama verərək bildiriblər ki, artıq onlar, "Ready To Fight" şirkəti də daxil olmaqla, bu yeni layihəni ilk mobil boks proqramı formatı ilə təqdim edirlər.

S. Lapin qeyd edib ki, son vaxtlar onların komandası seçilən çoxlu brend geyimləri də istehsal etməyə başlayıblar.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər