Professor Nəsib Quliyev özünü güllələyib
Tarix: 24-04-2024 14:03 | Bölmə: Cəmiyyət
Professor Nəsib Quliyev özünü güllələyib

Respublikanın keçmiş baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyev intihar edib.

Reyting.az
xəbər verir ki, Nəsib Quliyev özünü güllə ilə vurub.

Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, 1951-ci il təvəllüdlü Quliyev Nəsib Cəfər oğlunun aprelin 24-də Abşeron rayonu ərazisində yerləşən yaşadığı evdə özünü odlu silahdan atəş açaraq intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Hadisənin başvermə şəraiti və səbəbləri tam, hərtərəfli və obyektiv araşdırılmaqla müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.




Bölməyə aid digər xəbərlər
3-05-2024, 14:06 Kəlbəcərdə qəza olub

{sape_links}{sape_article}