18:00 / 06-05-2024
DSMF-də yoxlama başlayıb
Ən yaşlı albatros "aktiv görüş" rejiminə keçib
Tarix: 26-04-2024 11:05 | Bölmə: Xəbərlər
Ən yaşlı albatros "aktiv görüş" rejiminə keçib

Sakit okeanın şimalındakı Midvey Atollun bioloqları yuva mövsümü bitdikdən aylar sonra potensial həyat yoldaşları ilə flört edən, "Wisdom" (Hikmət) adı verilmiş 70 yaşlı dişi Laysan albatrosunu görüblər.

Reyting.az
xəbər verir ki, "Live Science" nəşrinin məlumatına görə, dünyanın ən yaşlı vəhşi quşu sayılan bu qanadlı illər uzunu partnyoru olmuş erkək dostu öləndən sonra tənha qalmaq istəmədiyindən Havayın ucqar adalarının birində erkəklərlə həyat sürür.

ABŞ-nın Balıq və Vəhşi Təbiət Xidmətinin (USFWS) məlumatına görə, "Wisdom" ilə tanınan və hətta iri qanadları belə ağarmış bu dişi albatros güman ki, 70 yaşlarındadır.

Bioloqlar ilk dəfə XX əsrin 1956-cı ilində "Wisdom"-u müəyyən ediblər, quşun sağ ayağına bu günə qədər də qalan qolbaq taxıblar. Quşa bandaj tətbiq edilən zaman isə o, artıq yetkin olub. Məhz elə buna görə də onun 72 yaşı ola bilər - "Wisdom"-un yaşı onların bu növlərinin orta ömründən iyirmi il artıqdır.

Bioloqların Laysan albatrosları adlandırdığı (Phoebastria immutabilis) bu quş növləri uzunömürlü dəniz quşları sayılır və ömrü boyu bir dişi yoldaş ilə cütləşirlər.

Honolulu adlanan ərazidən 930 mil (1,5 min kilometr) şimal-qərbdə yerləşən və Havay adalarından biri kimi tanınan kiçik Laysan adasında 145 min cütlüklə böyük koloniya qurduqlarına görə bu quş növü elm aləmində Laysan albatrosları adı ilə tanınır.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}