10:42 / 18-09-2025
Ukrayna dəmir yollarına yenidən zərbələr endirilib
10:35 / 18-09-2025
Slovakiya və Macarıstan Rusiyadan enerji idxalını azaltmayacaq
10:27 / 18-09-2025
Türkiyəli nazir: "Zəngəzur dəhlizinin açılması ilə tranzit ticarəti artacaq"
10:17 / 18-09-2025
Gürcüstanda SOCAR-ın avtomobilinə silahlı hücum olub
09:22 / 18-09-2025
Azərbaycanda Milli Musiqi Günü qeyd olunur
09:16 / 18-09-2025
Putinin müharibə əleyhdarı olan silahdaşı istefa verib
09:05 / 18-09-2025
Ərdoğan: Haram əllərin müqəddəs Qüdsü ləkələməsinə izn vermərik!
08:59 / 18-09-2025
“Digital Week 2025” Beynəlxalq Forumu başlayıb
08:52 / 18-09-2025
“Qızıl günbəz” ABŞ-a 175 milyard dollara başa gələcək
08:47 / 18-09-2025
Vens Kirkin qətli ilə bağlı kobud sözlər işlədib
08:41 / 18-09-2025
Kiyev yenə PUA-ların hücumuna məruz qalıb
08:37 / 18-09-2025
Obama Trampın qüsurunu açıqlayıb
23:29 / 17-09-2025
“Qarabağ” UEFA reytinqində irəliləyib
22:16 / 17-09-2025
Müəllimlərin sertifikatlaşdırılması prosesi başlayır
18:00 / 17-09-2025
1, 3 və 5 qəpikliklər dövriyyədən çıxarılacaq? - Açıqlama
17:54 / 17-09-2025
Prezident Dövlət Proqramını təsdiqləyib
17:50 / 17-09-2025
Maşın alverçiləri həbs olunub - Yarım milyonluq dələduzluq işi
17:44 / 17-09-2025
Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - Sərəncam
17:26 / 17-09-2025
Aktyorun adı ilə dələduzluq ediblər
16:59 / 17-09-2025
Məşhur aktrisalar yenidən cadugərlik edəcəklər - Fotolar
16:56 / 17-09-2025
Aİ komissarı Azərbaycana gəlir
16:39 / 17-09-2025
Keçmiş səfirin qızına cinayət işi açılıb
16:27 / 17-09-2025
Qarabağ Universitetinin yataqxanası istifadəyə verilib - Fotolar
16:23 / 17-09-2025
Azərbaycanlı deputatın şirkətinə cinayət işi açılıb
16:02 / 17-09-2025
Bakı metrosunda iş rejimi uzadılıb
15:57 / 17-09-2025
Azərbaycan Kubokunun 2025/2026 mövsümünün püşkü atılıb
15:30 / 17-09-2025
Yağışlı hava sentyabrın 21-dək davam edəcək
15:17 / 17-09-2025
Alim Qasımov: "Arvaddır, boşayıram, yenə alacağam..."
15:01 / 17-09-2025
Vəkil Cavidan Osmanlıya cinayət işi açılıb
13:31 / 16-09-2025

20:48 / 13-09-2025

18:40 / 14-09-2025

15:37 / 14-09-2025

13:50 / 14-09-2025

13:02 / 15-09-2025

13:17 / 14-09-2025

15:11 / 15-09-2025

13:27 / 13-09-2025

13:39 / 16-09-2025

00:04 / 16-09-2025

Köhnə yaşıma sözardı, yeni yaşıma sözönü
Tarix: 20-02-2024 21:26 | Bölmə: Firuz MUSTAFA

Firuz MUSTAFA
Ad günü də deyən var, doğum günü də...
... Bəli, mən fevral ayının 18-də doğulmuşam. Amma sənədlərimdə bu “gəliş” iyun ayının otuzu kimi qeyd olunub. Fərq etməz... Bu “texniki xəta” az şeyi dəyişə bilər. Əsas odur ki, “gəlmişəm” və hələlik “getmək” fikrində deyiləm.
... Deyirlər, ömür bir əmanətdir. Bəlkə də təkcə əmanət deyil, əmanət bankıdır. Lap olsun ki, uzunmüddətli kreditdir. Mən bu terminləri həm də ona görə işlədirəm ki, ömür ən qiymətli kapitaldır. Hər kəs onu lazımi səviyyədə, gərək olan “layihələrə” xərcləməlidir. Və orasını da unutmayaq ki, “kredit” sözünün kökündə latın dilindən gələn önəmli bir anlam dayanır: “kredo”. Bu, “borc” deməkdir. Biz daim kimə və nəyəsə borcluyuq. Bu, belə də olmalıdır. Bu hissdən kənarda normal adam ola bilməz.
... Doğrusu, ilk gəncliyimdə mənə hal-hazırda gəlib yetişdiyim yaş “finişi” əlçatmaz görünürdü. Amma indi arxaya və irəliyə baxanda görürəm ki, indiyəcən yaşanmış ömür bir növü hələ də “yarımçıqdır”, “bütövləşməyib”. Hələ bundan sonra da “tamlaşmaq” üçün bilmədiyim, öyrənmək istədiyim çox şey var.
... Bir az basmaqəlib səslənsə də deyim ki, həyat yolum hamar olmayıb. Fəhləlik, tələbəlik, müəllimlik, əsgərlik, aspirantlıq, jurnalistlik... illəri. Həm şagirdlərə, həm tələbələrə, həm aspirantlara, həm də doktorantlara dərs demiş, onlara bildiyimi öyrətməyə çalışmışam. Ürək qızdırdığım, könül bağladığım heç bir fəaliyyət növü ilə candərdi məşğul olmamışam. Nə etmişəmsə, ürəkdən etmişəm.
... Özümdən “asılı olmayaraq” fəaliyyət sahəm çoxqatlı olub, polifonik səciyyə daşıyıb. Həyatımın böyük bir hissəsi auditoriya və kitablar arasında keçib. Belə ki, bədii yaradıcılıqla yanaşı elmi fəaliyyətlə də məşğul olmuşam. Üz tutduğum janrlar müxtəlifdir: hekayə, novella, povest, roman, dram, tənqid, ədəbiyyatşünaslıq... Fəlsəfə, fəlsəfə tarixi, kulturologiya, türkologiya, tarix, dilçilik, dünya ədəbiyyatı, Qərb və Şərq fəlsəfəsi. Buraya mənim poetik “həsb-halımı” da əlavə etmək olar. Zira bir neçə poetik məcmuənin müəllifiyəm. Üstəlik də ədəbiyyatımızda, bildiyim qədər, ilk mənzum komediyanı qələmə almışam.
Hə, orasını da deyim ki, zaman keçdikcə dramaturji yaradıcılığım digər janrlar üzərində dominantlığı gücləndirib. Yazdıqlarım təxminən on dildə nəşr olunub. Pyeslərim bir çox ölkələrin səhnələrində oynanılıb. Radio və televiziyada uzun illər verilişlərin aparıcısı, qəzetlərdə köşə yazılarının müəllifi olmuşam.
... Bir çox dostlar, bu sözü dırnaqda və dırnaqdankənar da yazmaq olar, mənə yazı-pozu ilə çox məşğul oldugumu xatırladıb öz “ipadlarını” bildirirlər. Düzdür, yazılarım çoxdur: müxtəlif janrlarda qələmə aldığım yazılar, təxminən əlli cilddə toplanıb. Elə o qədər də gündəliklərim var. Amma mən özümü heç də çoxyazan hesab etmirəm. Belə ki, daha çox mütaliə və müşahidə edirəm. Filosof üçün mütaliə, yazıçı üçün müşahidə hava-su qədər zəruridir.
... Hərdən öz-özümə fikirləşirəm ki, bu yazdıqlarım görəsən kimə lazımdır? Axı indi kitab oxuyanlar, ciddi elmi fəaliyyətlə məşğul olanlar elə də çox deyil. Amma insan zəkasına, ümumiyyətlə bəşəri təfəkkürə və idraka olan inam məni hələ tam tərk etməyib. İnanıram. İnanıram ki, gec-tez insan ruhu insan cisminə qalib gələcək.
...Ötən illər ərzində bir çox maddi və mənəvi sıxıntılarım olub. Vaxtın səmum yelləri məni çox qırmanclayıb, döyəcləyib. Çaşdığım, azdığım, büdrədiyim vaxtlar da olub. Amma, qəribədir ki, zaman keçdikcə, illər öz atını gələcəyə doğru çapdıqca, mənim özümə olan inamım daha da artıb. Son illərin ağrıları və sevincləri üstümə dabanbasaraq gəlməkdədir: onlar sürətlə biri digərini əvəzləməkdədir. Əlbəttə, ağrılar bütün hallarda itkilərlə bağlı olub: ömür itkisi, torpaq itkisi. Sevinc hissləri isə daha çox “qazanclarımızla”, əldə etdiklərimizlə bağlıdır. Qəsb olunmuş torpaqlarımızın yenidən qaytarılıb “bütövləşməsi” son illərdə mənim ən böyük sevincimdir. Təbii ki, təkcə mənim yox, hamımızın. Əlbəttə, bu “tamlığın”, bu “bütövlüyün” bərpa olunmasında, bir sözlə, bu qələbənin əldə edilməsində sıravı əsgərdən tutmuş ta Ali Baş komandana qədər hamının haqqı var. İşğal olunmuş torpaqlar qaytarıldı. Təəssüf ki, insan itkilərimizi qaytarmaq bizdən asılı deyildir.
... Son beş ildə üç ciddi əməliyyat keçirməyə məruz və məhkum olmuşam. Son əməliyyat cəmi üç gün bundan əvvəl olub. Nə etməli? Sevindirici hal odur ki, məhz həmin illər ərzində, yəni son beş il civarında artıq dediyim kimi, biz torpaqlarımıza tapınmışıq, torpaq isə bizi əsil ana kimi bağrına basıb. Biz anamıza qovuşmuşuq.
...Problemlərimizin olduğunu mən də sizin hər biriniz kimi görür və dərk edirəm. Kruzo kimi tənha adada, kahin kimi mağarada yaşamıram. Həmişə adamlar arasındayam. Soruşsalar ki, bizdə ən böyük problem nədir, deyərdim ki, laqeydlik, etinasızlıq. Elə çox şey, bəlkə də hər şey, çox zaman bizim özümüzə, keçmişimizə, gələcəyimizə, insanlara, təbiətə, öz hərəkət və davranışımıza laqeydlikdən irəli gəlir.
... Mən məşğul olduğum fəaliyyət sahəsindən asılı olmayaraq, özümü daim maarifçi hesab etmişəm. Hesab edirəm ki, maarifçilik heç də hadisələrə “loyal”, seyrçi, neytral, “sığallı-tumarlı” baxış və ya baxışlar sistemindən ibarət deyildir. Əksinə, maarifçilik hər cür ətalət və durğunluğa qarşı elan olunmuş və ya elan olunmamış mübarizə metodudur. Maarifçilər də qiyamçıdır, amma onlar cəmiyyətin inkişafında hər cür qan-qadanı, ölüm-itimi, qanlı döyüşləri istisna edən qiyamçılardır. Maarifçilik olan yerdə ədalət də olur. Maarifçilik bütün sosial-ictimai-siyasi qurumların fövqündədir.
... Gecə gecədən keçib. Artıq bizim coğrafi zamanda fevralın 19-dur. Doğum günümlə bağlı ünvanıma saysız-hesabsız təbriklər gəlməkdədir. Zəng edən dostlar da az deyil. Mənə uzun ömür arzu edirlər. Hətta, bir çox dost-tanışlar konkret ömür rəqəmi də arzu edirlər. Məsələn, yüz il, min il. Mən konkret rəqəm deməyə çəkinirəm. Yalnız bunu deyə bilərəm: ürəyinzcə yaşayın. Mən sizin hər birinizə ayrı-ayrılıqda və hamınıza birlikdə cansağlığı və uğurlar arzu edirəm.
...Doğrusu, əvvəlcə bir-iki cümləlik qısa təəssürat yazısı qələmə almaq fikrindəydim. Özümdən asılı olmayaraq, bu notlar bir xeyli genişləndi. İş belə alındı ki, köhnə yaşıma sözardı, yeni yaşıma sözönü yazası oldum.
Bölməyə aid digər xəbərlər

Hörmətlə, Sizin Firuz Mustafa
19.02.2024
19.02.2024
Müəllifin bütün yazıları - Firuz MUSTAFA
Bölməyə aid digər xəbərlər
29-07-2020, 09:23
Firuz MUSTAFA - Türk və hindu dillərinin kök yaxınlığı haqda... - Firuz Mustafa yazır
4-07-2020, 01:05
Firuz MUSTAFA - Rejissor Mərahim Fərzəlibəyovun əmək kitabçası… - Firuz Mustafa yazır
1-07-2020, 20:38
Firuz MUSTAFA - Oljas Süleymenov: “Azərbaycan həmişə ürəyimdədir...” - Firuz Mustafa yazır