18:45 / 20-05-2025
Yanacaqsız işləyən mühərrik kəşf ediblər
18:23 / 20-05-2025
Tramp Avropa liderlərini çıxılmaz vəziyyətlə üzləşdirir
18:14 / 20-05-2025
Tofiq Yaqublunun şikayəti rədd olunub
18:12 / 20-05-2025
Ukrayna nümayəndələri İstanbul görüşündə rus dilində danışıblar
18:02 / 20-05-2025
İlham Əliyevlə Viktor Orban görüşüb - Birgə bəyanat - (Yenilənib) - Fotolar
17:54 / 20-05-2025
Bələdiyyələrin vahid informasiya sistemi yaradılacaq
17:48 / 20-05-2025
Polis 75 kq narkotik maddəni dövriyyədən çıxarıb - 10 nəfər saxlanılıb
17:24 / 20-05-2025
10 kiloqram qızılı talayan dəstə tutulub - Video
17:12 / 20-05-2025
Prokuror "Abzas işi" ilə bağlı cəza istəyib
16:34 / 20-05-2025
Tanınmış musiqiçi xeyriyyəçilik edib - Fotolar
16:01 / 20-05-2025
Ər arvadını öldürərək Kür çayına atıb
15:55 / 20-05-2025
Tramp sülh danışıqlarından çıxa bilər: “Bu, mənim müharibəm deyil”
15:43 / 20-05-2025
Xamnəi ABŞ-la danışıqlardan müsbət nəticə gözləmir
14:50 / 20-05-2025
III Çarlz Azərbaycan prezidentinə məktub göndərib - Mətn
14:47 / 20-05-2025
Kral Salman İlham Əliyevə məktub ünvanlayıb
14:30 / 20-05-2025
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
14:29 / 20-05-2025
Rusiyaya qarşı 17-ci sanksiya paketi təsdiqlənib
14:20 / 20-05-2025
Qarabağa növbəti köç karvanı gedib - (Yenilənib)
14:04 / 20-05-2025
İlham Əliyev Macarıstanda işgüzar səfərdədir - Fotolar
14:00 / 20-05-2025
İcra başçısı onları vəzifədən azad edib
13:33 / 20-05-2025
Hindistan Ermənistanın silah bazarında Rusiyanı əvəz edir
13:08 / 20-05-2025
Sumqayıtdakı zavodda partlayış olub - (Yenilənib)
13:02 / 20-05-2025
Limana və gəmilərə hücum ola bilər
12:59 / 20-05-2025
İki direktora şiddətli töhmət veriblər
12:51 / 20-05-2025
“Son zəng” iyunun 14-də çalınacaq
12:34 / 20-05-2025
Pakistan və Hindistan razılaşıb
12:22 / 20-05-2025
Ərdoğan vasitəçilikdən nə qazanır?
12:01 / 20-05-2025
Un neçəyədir? - Açıqlama
11:56 / 20-05-2025
Əleyhdarları lüks təyyarəni Trampdan almaq istəyirlər
11:34 / 20-05-2025
Üç ölkə İsraili sanksiyalarla hədələyir
15:02 / 16-05-2025

09:51 / 16-05-2025

17:37 / 16-05-2025

08:45 / 16-05-2025

01:38 / 16-05-2025

14:21 / 16-05-2025

10:38 / 17-05-2025

16:30 / 19-05-2025

12:20 / 16-05-2025

08:33 / 16-05-2025

11:12 / 16-05-2025

09:20 / 16-05-2025

Mərahim Fərzəlibəyov məktəbi - Kənan Hacı yazır
Tarix: 23-03-2024 23:56 | Bölmə: Kənan HACI

Kənan HACI
Öz taleyini yazanlar müstəsna insanlardır. Həyatın bütün çətinliklərini dəf edərək məqsədinə doğru yürüyən, arzularında sabitqədəm olan insanlar gec-tez murada yetirlər. İnam və qətiyyət yol yoldaşın olarsa, sən hədəfə yetişəcəksən. Hər insana bu xoşbəxtlik nəsib olmur. Mərahim Fərzəlibəyov yeniyetməlik çağlarından gələcək həyatının istiqamətlərini müəyyənləşdirmişdi - rejissor olacaqdı. Bu, ötəri həvəs deyildi, onun ən böyük arzusu idi. Niyyətin hara, mənzilin ora. Yeniyetmə Mərahim Lütfi Məmmədbəyovun Teatr Dərnəyinə gəlib çıxır, burada epizodik rollar oynayır. Orta məktəbi bitirdikdən sonra isə sənədlərini Azərbaycan Dövlət Teatr İnstitutuna (o vaxt belə adlanırdı) verir. Ağaəli Dadaşov onu qabiliyyət imtahanından kəsir. Amma Mərahim hələ bilmirdi ki, tale onun üçün hansı sürprizlər hazırlayıb.
İçindəki sənət eşqi onu Leninqrad (indiki Sankt-Peterburq) Teatr, Musiqi və Kinematoqrafiya Akademiyasına gətirib çıxarır. Burada dünya şöhrətli rejissor Georgi Tovstonoqovun rejissorluq kursuna daxil olur. Azərbaycandan heç kəsə belə xoşbəxtlik nəsib olmamışdı. Mərahimin yeganə çətinliyi rus dilini bilməməsi idi. Tovstonoqov onun qarşısında şərt qoymuşdu: ya rus dilini öyrənəcəksən ya da öz ölkənizdəki Teatr İnstitutuna qayıdacaqsan. Mərahim bu səadəti əldən buraxa bilməzdi, altı ay ərzində rus dilini öyrənir. Bundan əvvəl, qəbul zamanı isə bir maraqlı hadisə də baş vermişdi. Tovstonoqov gənc Mərahimə belə bir sual vermişdi: Əgər sən rejissor olsaydın, Şekspirin “Hamlet” əsərinin səhnə tərtibatını necə verərdin?
Mərahim kağız üzərində iri bir tac, ona uzanan iki əl təsvir edib eskizi görkəmli rejissora təqdim edir. Tovstonoqov bu eskizi görüb heyrətlənir. Məsələ burasında idi ki, o, Şekspirin “III Riçard” tamaşasının səhnə quruluşunu məhz bu cür hazırlamışdı. Məhz bu məqamdan sonra Tovstonoqov qərar verir ki, Mərahim mütləq burada təhsil almalıdır. Görkəmli rejissor qarşısındakı gəncin sənət eşqini görürdü, istedad işartısını görəndən sonra isə onun himayədarına çevrildi. Beləcə, Mərahimin sənət taleyi həll olundu.
Təhsilini başa vurduqdan sonra o, M. Lermontov adına Qroznı Rus Dövlət Dram Teatrında rejissor kimi fəaliyyətə başlayır. Orada bir sıra tamaşalara quruluş verir, eyni zamanda professional rejissor vərdişlərinə yiyələnməyə çalışır. Üç ildən sonra vətənə qayıdır və Sumqayıt Dövlət Dram Teatrında fəaliyyətini davam etdirir. Sumqayıt teatrında səhnəyə qoyduğu Gennadi Bokarevin “Poladəridənlər” tamaşası ona və kollektivə böyük uğur gətirir. O zaman ölkənin baş ideoloji ruporu olan “Pravda” qəzetində tamaşa haqqında ayrıca məqalə dərc olundu. Tanınmış sovet teatrşünası Nina Velexova tamaşa haqqında geniş və müfəssəl yazı ilə çıxış etdi. O, tamaşanı yüksək qiymətləndirərək yazırdı: “G. Bokarevin “Poladəridənlər”i Sumqayıt səhnəsində quruluşunun orijinallığı və mündəricəsinin dərinliyi ilə seçilir. Əlibala Nurəliyev Viktor Laqutini özünəməxsus parlaq boyalarla canlandırmışdır”.

Tematika baxımından fəhlələrin həyatını əks etdirən tamaşada poladla poladəridənlərin üz-üzə gətirilməsi həyati mübarizəni simvolizə edir və Laqutin bu mübarizənin mərkəzində dayanır. Görkəmli akyromuz, Xalq artisti Əli Nur səhnədə tamaşanın hərəkətverici qüvvəsi kimi çıxış edir, Laqutinin hiss və həyəcanlarını, xarakterini özünəməxsus ştrixlərlə təqdim edir. Aktyor özü bu barədə belə deyir:
“Mən bu tamaşada Laqutin obrazının ifaçısı kimi SSRİ Mədəniyyət naziri P.N. Demiçevdən və Moksva Bədaye Teatrının baş rejissoru Oleq Yefremovdan təbrik teleqramı aldım”. (Ç. Ələsgərli, “Səhnəyə sığmayan arzular”, Aspoliqraf, 2022, səh. 48)
Düzgün aktor seçimi, bənzərsiz səhnə quruluşu, rejissor fantaziyası və yozumu bu tamaşanın uğurunu şətləndirən başlıca amillərdir. Bu baxımdan, “Poladəridənlər” Mərahim Fərzəlibəyova uğur gətirdi və onun adı Bakıdakı teatr kluarlarında da tez-tez çəkilməyə başladı. Sumqayıt səhnəsində bir neçə tamaşaya quruluş verdikdən sonra onu Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına dəvət edirlər. 1981-ci ildən o, taleyini bu doğma teatra bağlayır. Əvvəlcə Xalq yazıçısı İlyas Əfəndiyevin “Xurşudbanu Natavan” tamaşasına quruluş verir. İlk çağlarda teatrda onu qəbul etmək istəməyiblər. Çünki o zamana qədər Dram Teatrında gənc rejissor olmamışdı. Adil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov kimi korifey sənətkarlardan sonra gənc bir rejissorun belə mühüm bir tamaşanı hazırlaması çoxlarına qəribə gəlirdi. Mərahim isə bu maneələri vecə almadan işləməyə davam etdi. Hətta, elə məqam olmuşdu ki, “Natəvan” tamaşasını başqa rejissora vermişdilər. Amma bir müddət sonra İlyas Əfəndiyev demişdi ki, “Natəvan”ı Mərahimə verin, mən məmnuniyyətlə onunla işləmək istəyirəm”. Beləliklə, tamaşa uğurla nümayiş etdirilmişdi.
Rusiyanın ilk avanqard rejissorlarından olan Vsevolod Meyerhold yazır ki, “Faust”da kilsə yaxınlığında Mefistofelin – Şalyapinin heç də şər ruhun təntənəsi kimi zühur etmədiyini xatırlayaq. O, Marqaritanın ittihamçı olan dərdli keşişi kimi – yəni vicdanın səsi kimi təzahür edir. Beləliklə, tamaşaçılara təqdim olunan ləyaqətsiz, eybəcər obrazlar Şalyapinin transformasiyası ilə estetik həzz predmetinə çevrilir”.
Mərahim Fərzəlibəyovun quruluşunda “Maqbet” tamaşasındakı şər qüvvələr də sehrli cazibə nəticəsində məhz belə bir metamorfoz yaşayırlar. 1981-ci ildə Azərbaycan teatr sənətinin fədailərindən olan Hüseyn Ərəblinskinin 100 illiyi ilə əlaqədar Dövlət Akademik Milli Dram Teatrında Şekspirin “Maqbet”i nümayiş olunanda Ulu Öndər Heydər Əliyev gəlib tamaşaya baxmışdı. Maqbeti Xalqa artisti Məlik Dadaşov, ledi Maqbeti isə korifey aktrisamız Hökümə Qurbanova oynayırdılar. Tamaşanın rejissoru Mərahim Fərzəlibəyov həmin günü belə xatırlayır: Yaradıcı heyətlə görüşdə Heydər Əliyev üzünü Hökümə xanıma tutub dedi ki, Hökümə xanım, mən sizin ifanızda ledi Maqbetə baxdım, yaşınızı unutdum. Siz ledi Maqbetin daxili sarsıntılarını, hiss və həyəcanlarını o qədər məharətlə təqdim etdiniz ki, mən onu mənfi obraz kimi qəbul edə bilmədim. Siz bu qadına elə çalarlar qatdınız ki, ledi Maqbet mənim nəzərimdə müsbət qəhrəmana çevrildi”.
V. Meyerholdun söylədiyi “estetik həzz predmeti” məhz bu məqamlarda özünü göstərir. Gənc bir rejissorun Hökümə Qurbanova kimi böyük sənətkarla işləməsi əlbəttə, avantajdır. Hökümə xanımın monumental davranış tərzinin səhnə effekti doğrudan da qeyri-adidir, tamaşaçını öz cəzbində saxlayır. Şekspir dramının tipik xüsusiyyətlərini mənimsəmək də, “Maqbet” kimi mürəkkəb əsərin səhnəyə qoyulması da rejissordan böyük məsuliyyət tələb edir. Göründüyü kimi, Mərahim Fərzəlibəyov hələ gənc yaşlarından özünə güvənən rejissor olaraq tarixi dram janrına müraciət edərək böyük müvəffəqiyyətlər qazanmağa nail olub.
O, XX əsrin tarixi-kulturoloji baxımdan ən maraqlı, intensiv mərhələsində rejissuraya başladı və bir sənətkar kimi bu fəlsəfi, ideoloji, etik-estetik, mənəvi-əxlaqi prosesin içində teatrın yeniləşmə müstəvisində öz sənət hücrəsini qurdu. Gənc rejissor sənətə yenilik gətirmək şövqü ilə axtarışlar aparır, hazırladığı hər tamaşaya bənzərsiz naxışlar vururdu. Rejissor formulası, tükənməz fantaziyası, teatra dəlicəsinə vurğunluğu onu daim axtarışlara sövq edib. O, teatrı bilən, anlayan tamaşaçılara inanaraq bu addımları atıb.
Mərahim müəllimin özünəməxsus yaradıcılıq platforması var. O, pyesin məğzini, mahiyyətini uğurlu tapıntılarla, yeni detallarla əyaniləşdirir. Bu, onun üçün prinspial əhəmiyyət daşıyan yanaşmadır. Son vaxtlar onunla mütəmadi ünsiyyətdə oluruq. Uzun-uzadı söhbətlərimiz zamanı mən ondan həm də yaradıcılıq prosesinin incəliklərini öyrənirəm. Mənim üçün maraqlıdır, zalda oturub baxdığımız, duyğularımıza xitab edən, bizi həyəcanlandıran, ağladan, güldürən tamaşa necə ətə-qana dolur. Rejissuranın sehri, əfsunu, səhnəyə ötürdüyü enerji hardan qaynaqlanır?
Mənə elə gəlir ki, onunla faktiki tanışlığımızdan da xeyli əvvəl tanışıq. Müxtəlif illərdə hazırladığı tamaşalar haqqında danışır, maraqlı nüanslardan bəhs edir və mən özüm üçün qeydlər edirəm. Deyir ki, dramaturq səhnəni bilməyə bilər, amma rejissor məşq zamanı müəllifin təklif etdiyi situasiyanı saxlamaq şərtilə hansısa əlavələrini etməlidir ki, dinamika zəifləməsin. Rejissor cansız surətlərə can verir, həyatı, onun harmoniyasını səhnəyə gətirir. Əlbəttə, çətin və məşəqqəli bir işdir. Aktyorlarla tamaşaçıları eyni ovqata kökləmək o qədər də asan məsələ deyil. Belə bir yaradıcılıq səlahiyyətini ona istedadı və peşəkarlığı verir. O, Tovstonoqov məktəbini keçib. Quruluş verdiyi tamaşalarda onun ölməz ideyalarının işartıları heç şübhəsiz, görünməkdədir. O, Tovstonoqovun adını həmişə xüsusi ehtiramla çəkir, onun tələbəsi olmasıyla qürur duyur.
Mərahim Fərzəlibəyov Azərbaycan teatrının son əlli illik tarixində bir sıra monumental tamaşalara quruluş verib. Saymaqla bitməz... “Xurşudbanu Natavan”, “Şeyx Xiyabani”, “Sevgililərin cəhənnəmdə vüsalı”, “Misir gecələri”, “Sokratı anma gecəsi”, “Qarabağnamə”, “Atabəylər”, “Qətibə İnanc”, “Gecə döyülən qapılar”, “Tənha iydə ağacı”... Böyük əksəriyyəti tarixi mövzuları əhatə edir. Akademik Milli Dram Teatrına şöhrət və uğur gətirən bu tamaşaların hər birinə Mərahim Fərzəlibəyov sonsuz əmək, enerji sərf edib. Onlar haqqında müxtəlif zamanlarda teatrşünaslarımız öz dəyərli fikirlərini bildiriblər. Bu sətirlərin müəllifi də rejissorun quruluş verdiyi bir neçə tamaşa haqqında (“Ana tarla”, “Qürbətdən gələn məktublar”, “Məhv olmuş gündəliklər”) resenziyalar yazıb. Yazımızı akademik Nizami Cəfərovun Mərahim Fərzəlibəyov haqqında yazdığı yazıdan bir cümlə ilə tamamlayırıq:
“Mərahim Fərzəlibəyov artıq Azərbaycanda bir rejissor məktəbi yaratmış şəxslərdəndir. Özünün yüksək professionalizmi ilə Azərbaycan xalqının həyatını, mənəviyyatını, Azərbaycan teatr sənətinin xüsusiyyətlərini dərindən mənimsəmiş və özünəməxsus bir şəkildə təqdim eləmiş sənətkardır”.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Kənan HACI
Bölməyə aid digər xəbərlər
9-03-2023, 16:34
Kənan HACI - Əzizə Cəfərzadənin oxuculara tanış olmayan romanı - “Qobustan çökəklərində”
26-12-2022, 17:30
Kənan HACI - Azərbaycanın dünya ədəbiyyatındakı boş qalmış yeri - Kənan Hacı yazır
15-08-2022, 17:31
“Hamı yoldan yarısın...” - Kənan Hacı yazır
4-07-2022, 12:08
Yazıçının son əsəri - “Eşq sultanı” - Kənan Hacı yazır
31-01-2022, 10:43
Epifaniya və ya “Omikron” mövsümü - Kənan Hacı yazır
3-04-2020, 17:50
Kənan HACI - Virussuz dünya və ya Hararinin görə bilmədiyi fəlakət - Kənan Hacı yazır