20 Yanvar faciəsindən 29 il ötür
Tarix: 20-01-2019 00:48 | Bölmə: Gündəm
20 Yanvar faciəsindən 29 il ötür

Bu gün 20 Yanvar faciəsinin 29-cu ili tamam olur. 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda dinc əhaliyə qarşı törətdiyi terror aktı bəşəriyyətin ən ağır cinayətlərindən biri kimi tarixə düşüb.

Reyting.az
xəbər verir ki, 29 il öncə ölkəmizə qarsı əsassız ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və kecmiş SSRİ rəhbərliyinin onlara havadarlığından bezərək Bakı küçələrinə cıxıb, bu haqsızlığa etiraz edən dinc əhaliyə “Qızıl Ordu” tərəfindən divan tutulub. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış yüzlərlə günahsız insan qətlə yetirilib. Hətta bu etiraz aksiyasının iştirakçısı olmayan uşaqlar, qadınlar, öz peşə fəaliyyətini yerinə yetirən neçə-neçə günahsız insan da Bakıya soxulmuş sovet qoşunlarının gülləsinə tuş gəliblər. Bu isə totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bir daha bütün dünyaya göstərdi. Çünki irtica rejimi tərəfindən Bakıya yeridilən sovet ordusunun 35 minlik xüsusi təyinatlı bölmələrinə, daxili qoşunlarına, Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan erməni əsgər və zabitlərinə dinc əhalini əzmək, onun haqq səsini boğmaq tapşırığı verilmişdi.

«Udar» («zərbə») şərti adı altında keçirilən həmin dəhşətli əməliyyat SSRİ-nin Müdafiə, Daxili İşlər nazirlikləri və Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən hazırlanmışdı. Əməliyyatda əsas yer xüsusi təyanatlı «ALFA» qrupuna və DTK-nın təxribat qruplarına ayrılmışdı.

Qanlı 20 Yanvar hadisələri zamanı 137 soydaşımız öldürüldü, 700 nəfər yaralandı, 800-dən çox adam haqsız olaraq həbs edildi. Gunahsız insanların qətli ilə nəticələnən faciə M. Qorbacov basda olmaqla Sovet imperiyası rəhbərliyinin Azərbaycana qarsı bağışlanılmaz cinayətidir.

Artıq xalqımız 29 ildir yanvarın 20-ni Ümumxalq Hüzn Günü kimi qeyd edir. Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda həlak olanların uyuduğu Şəhidlər xiyabanı ümumxalq ziyarətgahına çevrilib.

Allah şəhidlərimizə rəhmət eləsin!

20 Yanvar faciəsindən 29 il ötür

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}