Mehriban Əliyeva Salome Zurabişvili ilə görüşüb - Fotolar
Tarix: 27-02-2019 20:37 | Bölmə: Gündəm
Mehriban Əliyeva Salome Zurabişvili ilə görüşüb

Fevralın 27-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva ölkəmizdə rəsmi səfərdə olan Gürcüstan Respublikasının Prezidenti Salome Zurabişvili ilə görüşüb.

Reyting.az
-ın xəbərinə görə, Salome Zurabişvilini Azərbaycanda görməkdən məmnunluğunu bildirən Mehriban Əliyeva bu səfərin dost ölkələrimiz arasında münasibətlərin daha da genişlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Azərbaycana səfərindən şad olduğunu deyən S. Zurabişvili burada keçirilən görüşlərin əlaqələrimizin inkişafı baxımından əhəmiyyətini qeyd edib.

Görüşdə ölkələrimiz arasında müxtəlif sahələr üzrə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Mehriban Əliyeva Salome Zurabişvili ilə görüşübMehriban Əliyeva Salome Zurabişvili ilə görüşübMehriban Əliyeva Salome Zurabişvili ilə görüşüb




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}