Sergey Lavrov: “Əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsinin həlli olub”
Tarix: 12-07-2016 13:25 | Bölmə: Gündəm


"Azərbaycan prezidenti ilə ətraflı və səmimi müzakirələr aparmışıq. Müzakirələr faydalı keçib. Əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsinin həlli olub. Hazırkı müzakirələr prezidentlərin görüşü zamanı əldə olunmuş razılaşmaların həyata keçirilməsi istiqamətində vacib addımdır".

Reyting.az APA-ya istinadən xəbər verir ki, bu sözləri Bakıda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçiriən birgə mətbuat konfransında deyib.
S.Lavrov Rusiya ilə münasibətlərin bütün sahələrinin inkişafına verdiyi töhfəyə görə Azərbaycan rəhbərliyinə təşəkkürünü də bildirib: "Müzakirələrdə ticari-iqtisadi münasibətlərin inkisafına təkan verilməsinin zəruriliyi vurğulandı. Hər iki ölkənin

XİN-i də bu səylərə dəstək verəcək. Həmçinin Cənub-Şimal dəhlizi barədə müzakirələr apardıq. Bununla bağlı yaxın vaxtlarda prezidentlərin üçtərəfli görüşü baş tutacaq".

S.Lavrov həm də qeyd edib ki, məlum səbəblərə görə danışıqların mövzularını geniş ictimai müzakirələrə çıxarmırlar.

"Prezidentlərin Sankt-Peterburq görüşündən sonra əsas məqsəd odur ki, kiçik ümid yaradan amillərə çox ehtiyatla yanaşaq ki, əldən çıxmasın. Əsas var ümid edək ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqmətində müvəffəqiyyətə əvvəlkindən daha çox yaxınlaşırıq", - deyə S.Lavrov bildirib.

S.Lavrov səfərinin ümumilikdə məhsuldar olduğunu da qeyd edib.

 

 

 

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}