20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Təhlükəsizlik əməkdaşları 16 yaşlı qızı zorlayaraq öldürüb
Tarix: 01-05-2024 16:02 | Bölmə: Cəmiyyət
Təhlükəsizlik əməkdaşları 16 yaşlı qızı zorlayaraq öldürüb

2022-ci ildə İranda rejim əleyhinə etiraz aksiyasında itkin düşən 16 yaşlı Nika Şəkərəminin 3 təhlükəsizlik işçisi tərəfindən cinsi təcavüzə məruz qaldıqdan sonra öldürüldüyü məlum olub.

Reyting.az
xarici mediaya istinadla bildirir ki, təhlükəsizlik qüvvələrinin yazdığı “tam məxfi” sənəddə ölkənin İslam qurumlarını müdafiə edən təhlükəsizlik qüvvəsi olan İnqilab Keşikçiləri Ordusu tərəfindən keçirilən dinləmənin xülasəsi yer alıb. Qeyd olunur ki, qatillərin və hadisəni gizlətməyə çalışan yüksək rütbəli komandirlərin də adlarının yer aldığı sənəddə təhlükəsizlik qüvvələrinin gənc qızı saxladığı sənədsiz mikroavtobusun arxasında baş verənlərlə bağlı narahatedici detallar var.

Xatırladaq ki, Şəkərəmi 2022-ci ilin sentyabrında Məhsa Əmini adlı qadının hicab taxmadığı üçün həbsdə olarkən ölümündən sonra ölkədə başlayan etiraz aksiyalarından birində yoxa çıxıb. Ailəsi onun cəsədini 9 gün sonra morqda tapıb. İran rəsmiləri isə gənc qızın intihar nəticəsində öldüyünü iddia ediblər.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər