00:06 / 22-05-2024
Bu gün Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək
21:20 / 21-05-2024
Zelenski Əliyevlə əməkdaşlıq məsələlərini müzakirə edib
18:38 / 21-05-2024
Ceyhun Bayramov Ukraynanın yeni səfiri ilə görüşüb
18:13 / 21-05-2024
Mehriban Əliyeva cüdoçunu təbrik edib
18:09 / 21-05-2024
Rusiyada daha bir general həbs olunub
18:04 / 21-05-2024
Polşa Rusiyanın təxribat planını pozub
18:01 / 21-05-2024
Fərid Şahverdiyev 7 kiloqram narkotiklə tutulub
17:58 / 21-05-2024
Kolleclərdə yeni ixtisaslar yaradılıb
17:50 / 21-05-2024
Məhkəmə özünü 12-ci imam kimi təqdim edən şəxslə bağlı qərar verib
17:33 / 21-05-2024
Əli Əsədov imtahanlarla bağlı qərar imzalayıb
17:18 / 21-05-2024
Hindistanda təhlükə: isti hava ilə əlaqədar “qırmızı xəbərdarlıq” edilib
17:09 / 21-05-2024
Azərbaycan-Ermənistan sərhədi: bütün demarkasiya 1976-cı ilin xəritəsi ilə aparıla bilər
16:59 / 21-05-2024
Ceyhun Bayramov Əli Baqeri Kani ilə telefonda danışıb
16:53 / 21-05-2024
Ruslar hücuma hazırlaşır
16:48 / 21-05-2024
Mayın 5-də keçirilən imtahanların nəticələri açıqlanıb
16:35 / 21-05-2024
Tərtərdə heyvan otaran şəxs minaya düşərək ölüb
16:35 / 21-05-2024
Səmada kabus: sərnişin təyyarəsində ölən və yaralananlar var
16:12 / 21-05-2024
Rusiyada diaspora qurumlarına qadağa tətbiq oluna bilər
15:51 / 21-05-2024
Nadir Bayramlı yeni mahnısını təqdim edib - Video
15:48 / 21-05-2024
Qəzzada savaşın 228-ci günü: daha 85 dinc sakin həlak olub
15:43 / 21-05-2024
Dağlıq ərazilərdə qar yağacaq, dolu düşəcək - Xəbərdarlıq
15:34 / 21-05-2024
Deputatın oğlunun şirkəti bağlanıb
15:22 / 21-05-2024
Deputatlar daha 6 qanuna dəyişiklik edəcək - Siyahı
15:10 / 21-05-2024
Bakıda pakistanlı saxlanılıb - Video
14:49 / 21-05-2024
"Mercedes" "Tesla"-ya uduzur
14:35 / 21-05-2024
Nazirlikdə Aparat rəhbəri təyinatı olub
14:35 / 21-05-2024
Rəisinin ölümü Bakı-Tehran münasibətlərində nəyi dəyişə bilər?
14:16 / 21-05-2024
“Kanal 13”-ün əməkdaşlarının həbs müddəti uzadılıb
14:10 / 21-05-2024
Şəhid Əliyar Ələkbərov dəfn olunub
18:30 / 17-05-2024
Belarus prezidenti Füzuli rayonuna səfər edib - (Yenilənib+) - Fotolar
19:20 / 17-05-2024
Poeziya müsabiqəsinin finalçıları müəyyənləşib - Siyahı
12:07 / 20-05-2024
Qədim və nisgilli yurd foto hekayələrdə - Fotolar
00:12 / 18-05-2024
Qəzzada öldürülən 3 girovun meyiti tapılıb
19:46 / 17-05-2024
Lukaşenkonun Azərbaycana səfəri başa çatıb
20:05 / 18-05-2024
Müdafiə Nazirliyinin idarə rəisi vəzifədən azad edilib
15:59 / 17-05-2024
Hakimlərin maaşı artırılacaq
00:02 / 19-05-2024
Latviya parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib
08:11 / 17-05-2024
Britaniyalı musiqiçi “ABBA”-nın şousuna heyran qalıb
07:27 / 17-05-2024
"Tesla" avtomobillərinə alıcı tapa bilmir - Foto
16:54 / 18-05-2024
26 ildir itkin düşən şəxs qonşu evin zirzəmisindən tapılıb
02:07 / 20-05-2024
İran prezidenti helikopter qəzasında həlak olub - (Yenilənib)
MN-də 143 milyonluq korrupsiya: "Azersun”dan 19.5 milyon manat geri alınıb”
Tarix: 01-05-2024 13:46 | Bölmə: Cəmiyyət
Müdafiə Nazirliyində (MN) 143 milyon manatlıq mənimsəmə ilə bağlı həbs olunan general və polkovniklərin məhkəməsi bir ilə yaxındır ki, davam edir. Bu cinayət işi üzrə həbs olunanların istintaqı birlikdə aparılsa da, məhkəməyə göndəriləndə bir neçə yerə ayrılıb. Bu səbəbdən də Müdafiə Nazirliyindəki korrupsiya ilə bağlı hazırda Bakı Hərbi Məhkəməsində bir neçə qrupda təqsirləndirilən şəxslərin məhkəmələri gedir. Eyni cinayətdən bəhs olunduğuna görə bəzən bir məhkəmə prosesində təqsirləndirilən statusunda olan şəxs digərində şahid kimi dindirilir.
Hazırda mühakimələri davam edən Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin keçmiş rəhbəri Fikrət Mirzəyev də başqa bir məhkəmə prosesində şahid qismində ifadə veriblər.
Onlar Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin sabiq rəisi, polkovnik Bayram Bayramov, Maliyyə İdarəsinin zabiti Vüsal Əlizadənin məhkəməsində dindiriliblər.
Məhkəmə prosesində onlarla yanaşı, “HTM Holding” şirkətinin direktoru Hüseyn Əliyev, N saylı hərbi hissənin maliyyə xidmətinin rəisi işləmiş Cavidan Mirzəyev də şahid kimi ifadə verib.
General Nizami Məmmədov və onunla birlikdə mühakimə edilən daha 3 nəfərin işinə Bakı Hərbi Məhkəməsində Fikrət Əliyevin sədrlik etdiyi hakimlər kollegiyası baxır.
Məhkəmə iclasında əvvəl polkovnik Məlikməmməd Qurbanov dindirilib. O, 2015-2019-cu illərdə Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsinin rəisi vəzifəsində işləyib. 2019-cu ildə polkovnik rütbəsində ordu sıralarından tərxis olunub. 2022-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) nazirlikdəki mənimsəmələrlə bağlı həyata keçirdiyi əməliyyatlar nəticəsində həbs olunub.
Məlikməmməd Qurbanov ifadəsində bildirib ki, Müdafiə naziri Zakir Həsənova tabe idi. Lakin həm nazirin, həm də işlədiyi dövrdə Baş Qərargah rəisi olan Nəcməddin Sadıxovun göstərişlərini yerinə yetirib. Onun sözlərinə görə, ərzaq, mebel, texnologiya, təmir-tikinti və s. xidmətlər üçün Müdafiə Nazirliyinin hansı şirkətlərlə işləməsi, tenderlərdə kimlərin qalib olması kimi məsələlərdə Müdafiə naziri və Baş Qərargah rəisi seçim edirdi:
“Düzdür, 12 nəfərdən ibarət tender komissiyası da fəaliyyət göstərirdi. Orada müxtəlif nazirliklərin nümayəndələri təmsil olunurdu. Komissiyanın sədri mənim müavinim idi. Lakin hansı şirkətlərlə müqavilə bağlamaq məsələsində heç vaxt komissiya və yaxud da mən təkbaşına qərar verə bilmədik. Müdafiə nazirinə, Baş Qərargah rəisinə təklifləri çatdırırdım, onlar götür-qoy eləyib, qərar verirdilər”.
Məlikməmməd Qurbanov bildirib ki, əvvəlcədən əldə olunan razılaşmaya əsasən, şirkətlər nazirlikdən onların hesabına köçürülmüş vəsaitin müəyyən faizini nağdlaşdırıb geri qaytarırdılar. Onun sözlərinə görə, idarə rəisi olduğu müddətdə şirkətlərdən 19 milyon 500 min manat pul geri alınıb. Həmin pulları da aparıb Nəcməddin Sadıxova çatdırıb. O əlavə edib ki, bu şəkildə işlədikləri əsas şirkət “Azersun Holding” olub.
General Nizami Məmmədova həm də satınalmalar zamanı bu cür qiymət şişitrməsi yoluyla milyonlarla vəsaitin mənimsənilməsi haqda ittiham irəli sürülüb.
Şahid Məlikməmməd Qurbanov isə bildirib ki, satınalmalar prosesində, o cümlədən hansı şirkətlərin seçilməsi, müqavilə məbləğlərinin müəyyənləşdirilməsində Nizami Məmmədovun heç bir rolu olmayıb. Lakin onu da deyib ki, şirkətlərdən geri alınan pullardan 800 min Nizami Məmmədova çatdırıb. Daha doğrusu, həmin vəsaiti Nəcməddin Sadıxov onun vasitəsilə Nizami Məmmədova göndərib:
“O vəzifədə işlədiyim dövrdə 2 dəfə Nizami Məmmədova pul vermişəm. Nəcməddin Sadıxov mənə 2018-ci ildə 300 min, 2019-cu ildə isə 500 min manat pul verdi ki, aparıb Nizami Məmmədova çatdırım. Mən də aparıb çatdırdım”.
Nizami Məmmədov özü də şirkətlərin seçimi, onlarla bağlanan müqavilələrə heç vaxt qoşulmadığını bildirib. O deyir ki, satınalmalar prosesində korrupsiya ilə bağlı ona ittiham verildiyini biləndə çox təəccüblənib. Çünki bu prosesdə qətiyyən iştirakı olmayıb. Onun sözlərinə görə, şirkətin qalib elan olunması, qiymətlər müəyyənləşdiriləndən sonra lap axırda müqavilələr Maliyyə və Büdcə İdarəsinə gəlirdi. Onlara da sadəcə, həmin müqavilələri təsdiqləyib, pulu şirkətlərin hesabına köçürmək qalırdı.
Lakin “Azersun Holding”in nümayəndəsi istintaqda şahid qismində dindirilərkən Nizami Məmmədovun əleyhinə ifadə verib, onunla görüşdüyünü və ona pul verdiyini deyib. Nizami Məmmədov bunun yalan olduğunu bildirir: “Gəlib burada üzümə desin…”.
Təqsirləndirilən general Məlikməmməd Qurbanovun ona gətirib 800 min manat pul verməsi barədə dediklərini də qəbul etməyib, belə bir hadisənin baş vermədiyini vurğulayıb: “Nəcməddin Sadıxov məndən çəkinmirdi ki… Niyə mənə pul göndərməliydi?!”.
Nizami Məmmədovun vəkili Məlikməmməd Qurbanova bir neçə sual versə də, o, cavablandırmaqdan imtina edib. Məsələn, vəkilin suallarından biri bu olub ki, şirkətlərin qaytardığı vəsaitlərdən ona nə qədər çatıb?
Daha sonra hərbi hissələrdən birinin maliyyə xidmətinin rəisi olmuş Cavidan Mirzəyev dindirilib. O, 2017-2021-ci illərdə bu vəzifədə çalışıb. Cinayət işinin materiallarına əsasən, bu şahidin özünün də üzərində 45 min manat mənimsəmə var. Cavidan Mirzəyev bunu təsdiqləyib və əlavə edib ki, bu məbləği istintaq zamanı tam şəkildə ödəyib.
Məhkəmədə “HTM Holding” MMC-nin direktoru Hüseyn Əliyev dindiriləndə aydınlaşıb ki, bu şirkətlə bir neçə hərbi hissədə təmir, abadlaşdırma işlərinə görə 670 min manatlıq müqavilə bağlansa da, bu pulun 88 faizi geri alınıb:
“Fikrət Mirzəyev (Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin sabiq rəisi) dedi ki, görüləsi işləri biz artıq gördürmüşük.Bu şirkət isə tenderin qalibi olduğuna görə vəsait də onun hesabına köçürülməlidir. Mən öz xərclərimizə görə ümumi məbləğin 12 faizini istədim. Razılaşdıq. 670 min bir neçə dəfəyə köçürüldü. Ümumi məbləğin 12 faizini götürüb, qalanını Fikrət Mirzəyevə qaytardım”.
Hüseyn Əliyev əlavə edib ki, tenderə qoşulanda sonradan qarşı tərəfin bu cür davranacağını bilmirdi. Hesab edirilər ki, tam şəkildə işlərini görüb, pullarını da alacaqlar.
Hüseyn Əliyevdən sonra Fikrət Mirzəyevin özü də şahid qismində ifadə verib. O, deyilənləri təsdiqləyib. Köçürülmüş məbləğin 88 faizinin geri alınmasına gəlincə, belə izah edib ki, iki hərbi hissədə təcili şəkildə təmir-tikinti, abadlaşdırma işləri görülməliydi. Nəcməddin Sadıqov göstəriş vermişdi ki, bu iş qısa müddətdə yerinə yetirilsin. Bu səbəbdən həmin işləri qeyri-rəsmi şəkildə başqa bir şirkətə həvalə ediblər. Tenderdə “HTM Holding” qalib olduğuna görə məcbur olub, pulu onların hesabına köçürüblər. Sonra isə onlardan nağd şəkildə geri alıb, işi görənlərə veriblər.
Fikrət Mirzəyev ifadəsində onu da bildirib ki, rəhbərlik etdiyi idarə Müdafiə Nazirliyinin tabeliyində olan qurumlarda təmir-tikinti işlərilə məşğul idi. Onun sözlərinə görə, Müdafiə Nazirliyi bu işləri həyata keçirmək üçün konkret şirkətlərlə əməkdaşlıq edirdi. Həmin şirkətlər də tenderlərin qalibi olurdu. Onların hesabına köçürülən ümumi pulun 18 faizi geri qayıdırdı. Fikrət Mirzəyevin dediyinə görə, bu 18 faizin də 15-i Baş Qərargah rəisinə, 3-ü Maliyyə və Büdcə İdarəsinin rəisinə çatırdı.
O bildirib ki, Nizami Məmmədova 2018-ci ildə 152 min, 2019-cu ildə 163 min, 2020-ci ildə isə 54 min manat (ümumilikdə 369 min) pul gətirib verib.
Dediyinə görə, şirkətlərdən geri alınan puldan onun özünə ümumilikdə 111 min manat çatıb: “Mənim özümə şəxsən Nəcməddin Sadıxov verirdi. 4 il rəis olduğum müddətdə mənə cəmi 111 min manat pul verib”.
O, istintaqdakı ifadəsində 4 il ərzində Nəcməddin Sadıxova 2,9 milyon manat, Nizami Məmmədova isə 369 min manat pul verdiyini bildirib.
Təqsirləndirilən Nizami Məmmədov isə ondan 369 min manat alması barədə şahidin dediklərini təkzib edib.
Nizami Məmmədovun vəkili də şahid Fikrət Mirzəyevə bu məsələ ilə bağlı suallar versə də, o, cavablandırmaqdan imtina edib.
“Fikrət Mirzəyev istintaqda mənə etiraf elədi ki, adımı məcburiyyətdən çəkib. Hətta öz vəkili vasitəsilə pul göndərmişdi. İstəyirdi ki, mənimlə bağlı yalan ifadə verdiyi məbləği öz adımdan ziyanın ödənilməsi kimi ödəyim. Mən razılaşmadım. Çünki bu ittiham əsassızdır”, – təqsirləndirilən general Nizami Məmmədov bildirib.
Nizami Məmmədov və daha 3 nəfərin məhkəməsi mayın 3-də davam edəcək(MeydanTV).
Reyting.az
Bölməyə aid digər xəbərlər

Dünən, 18:01
Fərid Şahverdiyev 7 kiloqram narkotiklə tutulub
Dünən, 17:58
Kolleclərdə yeni ixtisaslar yaradılıb
Dünən, 15:10
Bakıda pakistanlı saxlanılıb - Video
Dünən, 12:56
Gəncə Dövlət Universitetində yoxlama başlayıb
Dünən, 12:56
Misir piramidalarının daha bir sirri açılıb
Dünən, 12:43
Şəhid Elşən Xasiyev dəfn edilib
Dünən, 12:12
Sabah yağış yağacaq
Dünən, 10:54
İki xəstəxanaya direktor təyin olunub
Dünən, 10:07
“Bakı Kristal Zal”a direktor təyin olunub
Dünən, 09:41
Afrika dronu sürət rekordu qazanıb
Dünən, 09:00
Neftçalada narkokuryer saxlanılıb
20-05-2024, 17:38
“Hərbi-həkim ekspertizası haqqında" əsasnaməyə dəyişiklik olub
20-05-2024, 16:48
Deputat: "İrsi xəstəliklərin çoxu qohum evliliyi ilə bağlıdır"
20-05-2024, 14:05
BŞİH-də müşavirə keçirilib, yeni tapşırıqlar verilib
20-05-2024, 13:19
Qarabağ zonasında daha 308.7 hektar ərazi minalardan təmizlənib
20-05-2024, 12:02
Sabahın hava proqnozu açıqlanıb
20-05-2024, 09:28
Çin səhrasında dəvələr üçün işıqfor quraşdırıblar - Foto
20-05-2024, 09:27
Lisey və gimnaziyalara ərizə qəbulu başlayıb
19-05-2024, 12:49
Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək
19-05-2024, 10:41
VI sinif şagirdləri üçün monitorinq keçirilir
18-05-2024, 17:16
Yaralı halda basdırılan şəxs qəbrdən sağ çıxarılıb
18-05-2024, 15:16
Sabahın hava proqnozu açıqlanıb
18-05-2024, 09:50
Yaşlı qadını döyərək pulunu alan şəxs saxlanılıb
18-05-2024, 08:00
Misirdə sirli yeraltı tikili aşkar edilib - Fotolar
17-05-2024, 19:04
Rusiya KİV-lərinin Avropada yayımına qadağa qoyulub
17-05-2024, 17:56
“Tərtər işi”: generalın və digər şəxslərin cəza müddəti azaldılıb
17-05-2024, 17:39
Aparıcı Samirə Mustafayeva AzTV-dən ayrılıb
17-05-2024, 14:50
SOCAR-ın sabiq vitse-prezidentini və oğlunu ittiham edən qız həbs edilib
17-05-2024, 14:26
Əfsanəvi fırıldaqçının xəzinəsi tapılıb - Foto
17-05-2024, 10:47
Bakıda qadın əri və oğlu tərəfindən döyülüb
17-05-2024, 10:32
Müsavatçını öldürən direktor müavinindən yeni xəbər var - Video
17-05-2024, 07:02
ABŞ gözəgörünməz təyyarə istehsal edəcək
16-05-2024, 19:06
Qardaşlar 12 saniyədə 25 milyon dollar oğurlayıb
16-05-2024, 18:03
Bakıda axtarışda olan qadın saxlanılıb
16-05-2024, 15:46
Vəzifədən azad olunan sabiq idarə rəisindən xəbər var - (Yenilənib)
16-05-2024, 14:54
Oğuzda suvenir pullarla təqaüdçüləri aldadan şəxs saxlanılıb
16-05-2024, 12:57
Sabah yağış yağacaq
16-05-2024, 12:10
Gürcüstandan Azərbaycana qanunsuz keçmək istəyən 10 nəfər saxlanılıb
16-05-2024, 09:53
Bakıda qəza: bir nəfər ölüb, iki nəfər yaralanıb
16-05-2024, 09:30
Yardımlıda əməliyyat: saxlanılanlar var
16-05-2024, 08:40
“Hörümçək əkizlər”... - Körpələrin bir bədəni, üç ayağı, dörd qolu var
16-05-2024, 07:39
Milyardlarla yaşı olan mikroblar tapılıb