16:53 / 21-05-2024
Ruslar hücuma hazırlaşır
14:49 / 21-05-2024
"Mercedes" "Tesla"-ya uduzur
Ruslar Kupyanskini tutmağa çalışır
Tarix: 01-05-2024 12:14 | Bölmə: Xəbərlər
Ruslar Kupyanskini tutmağa çalışır

Ukraynada genişmiqyaslı müharibə davam edir. Rus ordusu hazırda Kupyansk istiqamətində yenidən hücuma keçib.

Reyting.az
xəbər verir ki, bu barədə Kupyanski hərbi administrasiyasının rəhbəri Andrey Besedin deyib.

“Rus ordusu zəif nöqtəni tapmaq və komandanlıqlarının onlar üçün müəyyən etdiyi xətlərə çatmaq üçün Ukrayna Silahlı Qüvvələrinin mövqelərinə soxulmağa çalışırlar. Amma onlar uğursuzluğa düçar olur, canlı qüvvə və texnika itirirlər”, - Besedin qeyd edib.

O, əlavə edib ki, hazırda vəziyyət ağırdır, düşmən Kupyansk istiqamətində yenidən hücum əməliyyatlarına başlayıb və prosesi gücləndirib.

Rəsmi şəxsin sözlərinə görə, rusların bildiyi yeganə şey kritik və mülki infrastrukturu məhv etmək və dinc əhaliyə terror etməkdir.

Besedin əlavə edib ki, cəbhə xəttindən yeddi kilometr aralıda yerləşən Kupyansk şəhərində (Xarkov vilayəti) insanlara humanitar yardımlar verilir, vilayət mərkəzi ilə əlaqə mövcuddur.

“Kupyan rayonunda həyat dayanmır, elektrik enerjisi, qaz təchizatı, internet, mobil rabitə, hər şey işləyir”,- o qeyd edib.

Əlavə edək ki, ruslar uzun müddətdir Kupyansk istiqamətində irəliləməyə çalışır. Hərbi analitik Denis Popoviç bildirib ki, Kupyansk logistika baxımından rus ordusu üçün çox vacibdir.

Bu gün Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb ki, son 24 saat ərzində Kupyansk istiqamətində 6 dəfə hücum olub.

ELÇİN




Bölməyə aid digər xəbərlər
16-05-2024, 13:14 Azərbaycanda əhali artıb

{sape_links}{sape_article}