Britaniyanın lüks avtomobilləri Rusiyaya daşınır
Tarix: 27-04-2024 09:27 | Bölmə: İqtisadiyyat
Britaniyanın lüks avtomobilləri Rusiyaya daşınır

Britaniyada istehsal edilmiş lüks avtomobillərin fevral ayında Rusiyanın qonşu ölkələrinə qeyri-adi axını qeydə alınıb. Gətirilən avtomobillərin dəyəri milyonlarla funt-sterlinq olub.

Reyting.az
xəbər verir ki, bunu Böyük Britaniya Kral Gəlirləri və Gömrük Xidmətinin rəsmi məlumatları sübut edir.

Xarici KİV-lər xatırladır ki, Britaniya avtomobillərinin Rusiyaya “ikili istifadəli” mallar kimi idxalı qadağandır. Məhdudiyyətlər qiyməti 42 min funt sterlinqdən çox olan istənilən avtomobilə şamil edilir.

Məlumata görə, Britaniya avtomobillərinin Rusiya Federasiyasına ixracının sıfıra enməsinə baxmayaraq, ona qonşu ölkələrə, o cümlədən Qazaxıstan, Qırğızıstan və Gürcüstana gətirilmə halları kəskin artıb.

Jurnalistlər yazır ki, bu yüklərin hara daşındığını sübut etmək mümkün olmasa da, bu ölkələrin Rusiya Federasiyasına qadağan olunmuş malların qaçaqmalçılıq yolu kimi istifadə edilməsinə dair çoxlu təsdiqlənməmiş sübutlar var.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər