İlham Əliyev fermerlərlə görüşüb - Fotolar
Tarix: 19-10-2016 12:48 | Bölmə: Gündəm


Azərbaycanın qərb bölgəsində səfərdə olan prezident İlham Əliyev oktyabrın 19-da Qazax rayonunda "Birinci Şıxlı Kəndli Fermer Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin təqdimatında iştirak edib.

Məlumata görə, həmin fermer təsərrüfatının yaradılmasına 2016-cı ilin may ayında başlanılıb və cari ilin oktyabrında inşaat işləri başa çatdırılıb.

Dövlət başçısına məlumat verilib ki, burada istehsal edilən məhsullar ilkin olaraq daxili bazar üçün nəzərdə tutulub.

Kəndli fermer təsərrüfatının 15 hektar əkin sahəsində süni yağışyağdırma üsulunun (pivot) tətbiqi ilə suvarma sistemi də yaradılıb. Təsərrüfatda 170 nəfər işlə təmin ediləcək. Burada, həmçinin mütəxəssislərin hazırlanması üçün Əkinçilik Tədris Mərkəzi fəaliyyət göstərəcək.

Sonra Prezident İlham Əliyev "Birinci Şıxlı Kəndli Fermer Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Diqqətinizə çatdıraq ki, ölkə başçısı Qazax rayonunda 110/35/6 kilovoltluq "Daş Salahlı” yarımstansiyasının açılış mərasimində də iştirak edib.







Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}