Daha bir şəhidin qalıqları Lerikdə dəfn edilib - Foto
Tarix: 08-05-2024 16:37 | Bölmə: Cəmiyyət
Daha bir şəhidin qalıqları Lerikdə dəfn edilib

Birinci Qarabağ müharibəsində itkin düşən, 30 ildən sonra kimliyi müəyyən edilən şəhid Müşfiq İlyas oğlu Cəfərovun qalıqları Lerik rayonunun Monidigah kəndində dəfn edilib.

Reyting.az
APA-ya istinadla bildirir ki, vida mərasimində şəhidin yaxınları, kənd sakinləri, rayonunun rəhbər şəxsləri, şəhid ailələri, qazi və veteranlar iştirak ediblər.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsində itkin düşən Müşfiq İlyas oğlu Cəfərovun Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən "Peyğəmbərlik" qəbiristanlığında naməlum şəhid kimi dəfn olunduğu aşkarlanıb və kimliyi müəyyən edilib.

1974-cü il təvəllüdlü şəhid Müşfiq Cəfərov 1992-ci ildə həqiqi hərbi xidmətə yola düşüb. O, rabitəçi olub. Döyüş yoluna Füzulidən başlayan Müşfiq Kəlbəcər və Laçın rayonlarında davam etdirib. Laçın rayonu istiqamətində gedən döyüşlərdə ağır yaralanıb. Müalicə aldıqdan sonra yenidən döyüşlərə qatılıb. Son dəfə 1994-cü ilin yanvar ayının 26-da Füzuli rayonunun Əbdülrəhmanlı kəndində olub və o gündən sonra ondan heç bir xəbər olmayıb.





Bölməyə aid digər xəbərlər
16-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}