İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə daha bir dəyişikliyi təsdiqləyib
Tarix: 07-05-2024 18:37 | Bölmə: Gündəm
İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə daha bir dəyişikliyi təsdiqləyib

Bu gün prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə daha bir dəyişikliyi təsdiqləyib.

Reyting.az
xəbər verir ki, dəyişikliyə əsasən, sosial xarakterli fövqəladə mühit rejiminin tətbiqi zamanı davranış qaydalarına riayət edilməməsinə görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək, vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə cərimə ediləcək.

Yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər