Ceyhun Bayramov ilə Ararat Mirzoyanın görüşəcəyi tarix açıqlanıb
Tarix: 06-05-2024 11:10 | Bölmə: Gündəm
Ceyhun Bayramov ilə Ararat Mirzoyanın görüşəcəyi tarix açıqlanıb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Almatıda mayın 10-u görüşəcək.

Reyting.az
xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə "X"də yazıb.

Xatırladaq ki, daha əvvəl əldə edilmiş razılaşmalara uyğun olaraq 2024-cü il mayın 10-da Almatıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlar aparılacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}