13:05 / 19-07-2017
DTX 6 casus yaxalayıb
İlham Əliyev yaşayış binasının açılışında iştirak edib - Foto
Tarix: 11-01-2017 14:57 | Bölmə: Gündəm


Prezident İlham Əliyev bu gün Naxçıvanda Fövqəladə Hallar Nazirliyinin zabit və gizirləri üçün inşa olunmuş yaşayış binasının açılışında iştirak edib.

Dövlət başçısı əvvəlcə binanın rəmzi açılışını bildirən lenti kəsib.

Daha sonra İ.Əliyev mənzillərdə yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, zirzəmi qatı ilə birlikdə yeddimərtəbəli yaşayış binasında 48 mənzil var. Onlardan 24-ü ikiotaqlı, 24-ü üçotaqlıdır.

Binanın zirzəmi qatında subay zabit, gizir və müddətdən artıq xidmət edənlər üçün 4 yaşayış sahəsi ayrılıb. Onlardan biri dörd nəfərlik, ikisi altı nəfərlik, biri səkkiz nəfərlikdir.

Yaşayış binasında istirahət otağı, qadın gözəllik salonu, kişi bərbərxanası, dərzi və komendant otaqları, 2 əşya anbarı, 40 nəfərlik yeməkxana və camaşırxana yaradılıb. 




214 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər