Zakir Həsənov Anıtqəbiri ziyarət edib - Fotolar
Tarix: 28-03-2018 19:02 | Bölmə: Gündəm
Zakir Həsənov Anıtqəbiri ziyarət edib

Ankarada rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov martın 28-də Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbiri ziyarət edib.

Nazirlikdən verilən məlumata görə, Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti məzar önünə əklil qoyub, xatirəsini ehtiramla yad edib.

Müdafiə naziri Xatirə kitabına ürək sözlərini yazıb.

Zakir Həsənov Anıtqəbiri ziyarət edib
Zakir Həsənov Anıtqəbiri ziyarət edib

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}