Azərbaycan prezidenti həmkarına başsağlığı verib
Tarix: 08-04-2018 12:43 | Bölmə: Gündəm
Azərbaycan prezidenti həmkarına başsağlığı verib

Azərbaycan prezidenti İlham Əliyev Gürcüstan prezidenti Giorgi Marqvelaşviliyə Tkibuli bölgəsində yerləşən kömür mədənində baş vermiş uçqun nəticəsində insan tələfatı ilə bağlı başsağlığı verib.

Dövlət başçısı Tkibuli bölgəsində yerləşən kömür mədənində baş vermiş uçqun nəticəsində insan tələfatı və yaralananlar barədə xəbərdən olduqca kədərləndiyini bildirib: "Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Gürcüstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}