Əli Həsənov: “Bir təşkilatın mənfi rəyi Azərbaycan üçün ciddi əhəmiyyət kəsb etmir”
Tarix: 14-04-2018 21:27 | Bölmə: Gündəm
Əli Həsənov: “Bir təşkilatın mənfi rəyi Azərbaycan üçün ciddi əhəmiyyət kəsb etmir”

Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov 11 Apreldə keçirilən prezident seçkilərini demokratikliyi və təkmilliyi baxımından indiyədək ölkəmizdə keçirilmiş ən yaxşı seçki hesab edir.

Reyting.az
-ın xəbərinə görə, Ə. Həsənov bildirib ki, müşahidəçi rəylərinin mütləq əksəriyyəti reallığı əks etdirir. Yalnız bir təşkilatın qərəzli rəyi heç nəyi dəyişmir.

Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycandakı prezident seçkiləri bütün dünya ictimaiyyətinin gözü önündə demokratik və şəffaf şəkildə keçirilib və ən əsası Azərbaycan xalqının iradəsini əks etdirir: "Bunu həm seçki öncəsi beynəlxalq və yerli qurumların apardığı sorğuların nəticələri, həm də seçkidən sonra Azərbaycan xalqının yüksək əhval-ruhiyyəsi sübut edir. Seçkiləri müşahidə edən çoxsaylı müşahidəçilərin və media nümayəndələrinin rəyləri də bu yönümdədir. Yalnız bir təşkilatın mənfi rəydə olması, əslində həmin qurumun niyyətindən xəbər verir və bu, Azərbaycan dövləti üçün ciddi əhəmiyyət kəsb etmir".

Ə. Həsənovun fikrincə, həmin təşkilatda fəaliyyət göstərən ekspertin hazırladığı rəyin reallığı əks etdirməməsini bəyan etməsi də hesabatın qərəzli olduğunun sübutdur: "Bu, bir daha göstərir ki, onların məqsədi heç də seçkini müşahidə edib, ona obyektiv münasibət bildirmək olmayıb. Seçkilərin yüksək səviyyyədə, demokratik və şəffaf şəraitdə keçirilməsi üçün həm Mərkəzi Seçki Komissiyası, həm də qanuni öhdəliyi olan dövlət qurumları vəzifəsinin öhdəsindən layiqincə gəliblər".(Mənbə: “Xəzər” TV)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}