23:03 / 15-12-2018
Şərqi necə xilas etməli?
Pensiya təyinatı ilə bağlı qaydalara əlavələr edilib - Qərar
Tarix: 09-09-2018 14:49 | Bölmə: Gündəm
Pensiya təyinatı ilə bağlı qaydalara əlavələr edilib

Nazirlər Kabineti "Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında" qərara əlavə edib.

Nazirlər Kabineti xəbər verir ki, bununla bağlı Baş nazir Novruz Məmmədov yeni qərar imzalayıb.

Qərara əsasən, "Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli qərarına aşağıdakı məzmunda 1-1-ci hissə əlavə edilib:

"Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyinə verilənədək, onun əməkdaşlarının malik olduqları xidmət illəri həmin şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması zamanı nəzərə alınır".

Reyting.az




Bölməyə aid digər xəbərlər