17:32 / 30-12-2024
“Hərbi jurnalist Rəşad Süleymanov” mükafatınin qalibləri bəlli olub
13:06 / 30-12-2024
Sabahın hava proqnozu açıqlanıb
12:41 / 30-12-2024
Prokurorluqdan təyyarə qəzası ilə bağlı - Açıqlama
10:57 / 30-12-2024
Azərbaycandan Suriyaya 200 ton ərzaq göndərilir
10:45 / 30-12-2024
Milyarderin gizli yeraltı sığınacağı üzə çıxıb - Fotolar
10:16 / 30-12-2024
Çin xidmətçi robot istehsalına başlayır - Fotolar
10:06 / 30-12-2024
Amerikanın 39-cu prezidenti vəfat edib - Foto
00:14 / 30-12-2024
Azərbaycanda yeddi gün qeyri-iş günü başlayıb
22:23 / 29-12-2024
Azərbaycan XİN başçısının müavini Suriyaya səfər edib - Foto
19:46 / 29-12-2024
Lukaşenko Əliyevə məktub yazıb
19:04 / 29-12-2024
Azərbaycanda qalma müddəti ilə bağlı qaydalar dəyişib
18:03 / 29-12-2024
İlham Əliyev Naxçıvan Qaz İstismar Xidməti ilə bağlı sərəncam imzalayıb
18:00 / 29-12-2024
Bu qanunu pozanlar 2500 manatadək cərimələnəcək
17:56 / 29-12-2024
"Yüksəkixtisaslı miqrant"lara və ailə üzvlərinə bir sıra güzəştlər ediləcək
17:39 / 29-12-2024
Prezident üç ekipaj üzvünə Milli Qəhrəman adı, ikisinə orden verib
17:35 / 29-12-2024
Hərbi xidmətə çağırış yaşının yuxarı həddi azaldılıb
16:58 / 29-12-2024
Putin İlham Əliyevə yenidən zəng edib
16:39 / 29-12-2024
Yanvar ayına olan hava proqnozu açıqlanıb
16:29 / 29-12-2024
Milyarder ifrat sağçıları hakimiyyətə gətirməyə çalışır
16:01 / 29-12-2024
Ukraynalı qaçqınların yalnız 10 faizi vətəninə qayıtmaq istəyir
15:33 / 29-12-2024
Xəstəxanaya yerləşdirilən baş nazir məhkəmə iclasının ləğvini istəyir
15:32 / 29-12-2024
İlham Əliyev ekipaj üzvlərinin vida mərasimində iştirak edib - (Yenilənib) - Fotolar
15:25 / 29-12-2024
Hazırladığı torta zəhər qoyan qadın ailə üzvlərini öldürüb
15:10 / 29-12-2024
İlham Əliyev Azərbaycan televiziyasına müsahibə verib
15:02 / 29-12-2024
Ukrayna ilk dəfə ABŞ-dan maye qaz idxal edib
14:58 / 29-12-2024
Yermak: “Şimali Koreya və İran qoşunlarının NATO-nun qarşısına çıxması realdır ssenaridir”
14:38 / 29-12-2024
İsti hava 3700 insanın ölümünə səbəb olub
14:25 / 29-12-2024
Türk ordusu terrorçuları məhv edib
14:14 / 29-12-2024
Təyyarə qəzaları artır: bir həftədə 3 qəza, 212 ölüm qeydə alınıb - Foto
22:53 / 25-12-2024
Bakıdan Qroznıya uçan sərnişin təyyarəsi qəzaya uğrayıb - Video (Yenilənib+) - Fotolar
00:01 / 26-12-2024
Bu gün Azərbaycanda matəm günüdür
18:11 / 25-12-2024
"Avroviziya 2025"-ə biletin qiyməti neçəyə olacaq?
18:20 / 25-12-2024
Kosmosdan çəkilmiş ən yaxşı şəkillər… - Fotolar
18:36 / 25-12-2024
Hollivud ulduzu keşişlik fəaliyyətinə başlayır
18:01 / 25-12-2024
26 dekabr matəm günü: TV proqramlarda dəyişiklik olacaq
21:21 / 25-12-2024
Nazirlik: "Bütün mədəni-kütləvi tədbirlər təxirə salınıb"
09:32 / 26-12-2024
Dünya şöhrətli rejissor "Odisseya"nı ekranlaşdıracaq
17:06 / 26-12-2024
AZAL-ın təyyarəsini Rusiya vurub - (Yenilənib)
10:14 / 26-12-2024
Təranə Səmədova şikayətini geri götürüb
12:29 / 26-12-2024
AFFA "Turan Tovuz"u cərimələyib
12:46 / 26-12-2024
AFFA futbolçular cəzalandırıb
Türkmən Stalin – O, ölkəsini pinqvinlərlə Şimali Koreyaya çevirmişdi
Tarix: 23-09-2018 00:25 | Bölmə: Slayd
Diktatorlar və onların ailələrinin dəbdəbəli həyatı ictimaiyyət üçün maraqlıdır. Reyting.az saytı bu dəfə Türkmənistanın keçmiş prezidenti Saparmurat Niyazovun həyatına işıq salır:
Türkmənistanın keçmiş prezidenti Saparmurad Niyazov özünü Türkmənbaşı (bütün türkmənlərin atası), eləcə də Əkbər Sedar (Böyük Başçı) adlandırmışdı. O, özünə ölkənin hər yerində qızıldan heykəl qoydurmuşdu, vəba və QİÇS-i qanundan kənar elan etmişdi, balet, opera və sirki qadağan etmişdi. Onun zamanında Türkmənistan Şimali Koreya kimi qapalı dövlətə çevrilmişdi.
Türkmənistanın ən varlı adamı
Həmin axşam Türkmənistan prezidentinin oğlu Murad Niyazovun bəxti əvvəldən gətirmirdi. O, onun kimi eyş-işrət və qumar oyunlarını sevən dostu ilə birlikdə İspaniyanın paytaxtı Madriddəki kazinoya girib, lakin az sonra qəzəblənib. Ayaq üstdə durması çətin idi: spirtli içki çay kimi axırdı, cavan oğlan hey ümid edirdi ki, uduzduqlarını qaytaracaq, amma alınmırdı. Nəticədə bir gecəyə 12 milyon dollar uduzub. Bir müddət sonra bu hadisə Türkiyənin paytaxtında – Ankarada təkrarlanıb. Lakin cavanlar orada daha böyük məbləğ – 20 milyon dollar uduzublar. Dostlarının borcunu ödəməməklə aradan çıxmağı qərara alsa da, həbsə salınıb. Ənənəyə görə bütün problemləri həll etmək Muradın atası Saparmurat Niyazovun öhdəsinə düşüb. O, yubanmadan kazinonun hesabına oğlunun uduzduğu bütün məbləği köçürüb.
“Bu adam hələ sağlığında çoxlarının yalnız ölümündən sonra layiq görüldüyü şöhrət qazanmışdı. Saparmurat müasir dünyanın bütün zülmkarlarından ən parlağı idi. Diktatorun şəxsiyyətinə pərəstiş elə həddə çatmışdı ki, bunu arzulamaq belə olmazdı. Məsələn, ölkənin paytaxtı Aşqabadda onun əmri ilə hökmdarın 50 metr hündürlüyündə qızıl heykəli qoyulmuşdu. Onun portreti əskinasları, poçt markalarını və bütün ölkədəki plakatları bəzəyirdi. O öz adını böyük ölçülü, əla dadlı, əla ətirli, yemiş növünə, eləcə də şəhərlərdən birinə, ölkənin çoxsaylı küçələrinə və meydanlarına vermişdi. Onun sifarişi ilə Fransada ətirli “Türkmənbaşı” tualet suyu istehsalına başlanmışdı və prezidentin çox xoşuna gəlirdi”, - Almaniyanın “Sueddeutsche Zeitung” qəzeti Türkmənistan liderini belə təsvir edirdi.
Bu adam dəbdəbəni xoşladığına görə onu hər yerdə əhatəyə almışdı: əfsanəvi pullara alınan dəbli kostyumlar, bahalı daş-qaşlarla bəzənən böyük üzüklər. Dövlət başçısının ətrafındakılar deyirdilər ki, o hər şeydən çox brilyant və zümrüdü (çünki yaşıl rəng islamın rəmzidir) daha çox xoşlayırdı. Onun geniş kolleksiyasında qeyri-adi rəngdə 19 karat olan brilyant var idi – dövlət başçısı bununla xüsusi qürur duyurdu.
Niyazov şərq üsulunda ağ mərmərdən tikilən və tacı qızıl qübbədən qoyulan prezident sarayında yaşayırdı. Otaqları qiymətli ağac növləri və mərmərdən işlənmişdi. Daxili səhmanın rəsmiləşdirilməsi üçün 218 kvadratmetr sahə üçün 55 min dollara əldə toxunan 14 xalça sifariş edilib. Sahəsi 7,5 hektar olan sarayın həyətini şəlaləli fəvvarələr və park bəzəyirdi. Prezidentin qarajında onlarla bahalı limuzin dayanırdı.
Onun atlara xüsusi ehtirası olub - Türkmənistanın milli sərvəti sayılan axaltəkin cinsli atlara daha çox üstünlük verirdi. Aşqabad yaxınlığında dövlət başçısının göstərişi ilə at ferması tikilmişdi, burada heyvanlar sözün əsl mənasında çar qaydasında yaşayırdılar. Onların xüsusi hovuzu, son texnika ilə təchiz olunan baytarlıq mərkəzləri vardı. Prezident tez-tez bu atlardan digər dövlətlərin başçılarına hədiyyə edirdi.
Zülmkarlığın qəribəliyi
O, 1990-cı ildə prezident olmağa az qalmış ayların adlarını dəyişib. Yanvar prezidentin özünün şərəfinə Türkmənbaşı olmuşdu. Digər ayların adları belə idi:
Bayraq (fevral), Novruz (mart), Qurbansultan (aprel), Məxdumqulu (may), Oğuz (iyun), Qorqudata (iyul), Alparslan (avqust), Ruhnamə (sentyabr), Qaraşsızlıq (oktyabr), Sultansəncər (noyabr), Bitaraflıq (dekabr).
Saparmurat həftənin günlərini belə adlandırmışdı:
Başgün (bazar ertəsi), Yaşgün (çərşənbə axşamı), Xoşgün (çərşənbə), Soğapgün (cümə axşamı), Ana (cümə), Ruhgün (şənbə), Dinçgün (bazar).
O, 2001-ci ildə “Ruhnamə” fəlsəfi-tarixi kitabını yazıb və populyarlığına görə ölkədə “Quran”dan sonra ikinci olub. Niyazov iddia edirdi ki, türkmənlər hamıdan əvvəl arabaya təkər icad edib, eləcə də metal əritməyə başlayıblar. Onun versiyasına görə, məhz türkmənlər müasir Avrasiyanın ərazisində 70-dən çox dövlət yaradıblar.
“Mən Türkmənistanın ruhuyam, sizi qızıl əsrə doğru gətirmək üçün dirilmişəm, - Türkmənbaşının şerlərindən birində deyilir. – Mən sizin xilaskarınızam... Mənim iti baxışım var – mən hər şeyi görürəm. Əgər siz hərəkətlərinizdə səmimisizinsə, mən bunu görürəm; lakin əgər siz günah edirsinizsə, bunu da məndən gizlədə bilməzsiniz”.
“Ruhnamə”ni müstəqil fənn kimi ölkənin məktəblərində və ali təhsil ocaqlarında öyrədir, ondan imtahan verirdilər (bu intizam məktəb proqramlarından yalnız 2013-cü ildə, Türkmənbaşının ölümündən 6 il sonra götürülüb). Bundan əlavə, məktəblərdə, hətta uşaq bağçalarında uşaqlar hər səhər öz başçılarına sadiqlik andı içərdilər.
Niyazov hər şeyi vüsətlə və təntənə ilə etməyi sevirdi. O bir dəfə bəyan etmişdi ki, 40 dərəcəyə yaxın isti olan Qaraqum səhrasında pinqvinlər üçün heyvanxana tikəcək. Bundan əlavə, o, Aşqabadın yaxınlığında, Kopetdaq dağlarında min nəfərin yerləşə biləcəyi buz sarayı tikdirməyi də planlaşdırırdı.
Bunun üçün pul pensiyaçıların hesabından - büdcədən gedib. Türkmənbaşı elan edib ki, kimin həddi-buluğa çatmış uşağı varsa, pensiyaçı valideynini saxlamalıdır. Sənədlə kim öz stajını təsdiq edə bilməyibsə, onların ödənişləri də verilməyib.
Türkmən qızları ilə evlənməyi arzulayan əcnəbilər də ölkə büdcəsinə öz töhfələrini verməli idilər. Onlardan 50 min dollar həcmində başlıq tələb olunurdu. Bu nikahların nə qədər bağlandığı isə məlum deyil.
Niyazov bütün yoluxucu xəstəlikləri, o cümlədən vəba və AİDS-i də qanundankənar elan edib və onlar haqqında istənilən düşüncəni belə. qadağan etmişdi. O, sirki, operanı və baleti ləğv edib və deyirdi ki, bu növ sənətləri başa düşmür. Əlavə edirdi ki, qanda olmayana türkmənlərdə məhəbbət aşılamaq olmaz. Onun ölümündən sonra ölkədə sirk və oprea yenidən bərpa edilib, balet isə həmişəki kimi qadağandır. Gənclərin uzun saç, saqqal və bığ saxlaması qəti qadağan idi, eləcə də türkmənlərə qızıl diş və diş tacı qoydurmaq da qəti qadağan edilmişdi. Bundan əlavə, Niyazov kitabxanaları və xəstəxanaları bağlatmışdı - bu yeniliklərin əksəriyyəti, Türkmənbaşının özündən başqa heç kimə aydın deyildi.
ABŞ versiyası üzrə baş diktator
2003-cü ildən 2006-cı ildə ölənə qədər Türkmənbaşı Amerikanın “Parade” jurnalının versiyasına görə, baş diktatorlardan biri kimi tanınırdı. Türkmənistanı Qərbdə Stalin vaxtının Sovet İttifaqı ilə müqayisə edirdilər: ölkədə şəxsiyyətə pərəstiş çiçəklənmişdi, repressiya məhkəmə sistemi fəaliyyət göstərirdi, qanunlar liderin özünün istəyinə uyğun hazırlanırdı. Müxalifət iddia edirdi ki, ölkədə mədəniyyət məhv edilib, işsizlik sürətlə artıb. Narazılıq dövlətə xəyanət kimi qəbul olunub və amansızcasına cəzalandırılıb.
Bu arada, hər yerdə sevimli rəhbərin yeni abidələri (bir neçəsi qızıldanidi) və büstləri göbələk kimi çoxalırdı. Biri Aşqabadda belə abidə dovlət xəzinəsinə 10 milyon dollara başa gəlmişdi.
Ölkənin dövlət müəssisələrinin divarlarını, sənaye və ərzaq məhsullarının qablaşdırılması üçün nəzərdə tutulan kisələrin üzərini liderin portreti bəzəyirdi. Rəhbərin sevimli atı da böyük şərəfə layiq görülmüşdü: onun təsviri ölkənin gerbini, eləcə də bəzi əksinasları bəzəyirdi.
Niyazovun vaxtında Türkmənistan faktiki dünyanın ən qapalı ölkəsinə çevrilmişdi. Qərbdə onu “Orta Asiyanın Şimali Koreyası” adlandırırdılar. Buna baxmayaraq, keçmiş liderin ölümündən sonra xalq arasında əfsanələr qoşulması davam etdirilib, onun misilsiz bacarığa malik olduğu söylənilir: türkmənlərin fikrincə, Türkmənbaşı bir baxışı ilə yağışı dayandırmaq, milçəyi öldürmək qabiliyyətinə malik olub.
Reyting.az
Bölməyə aid digər xəbərlər

Bu gün, 10:57
Azərbaycandan Suriyaya 200 ton ərzaq göndərilir
Dünən, 17:35
Hərbi xidmətə çağırış yaşının yuxarı həddi azaldılıb
Dünən, 16:58
Putin İlham Əliyevə yenidən zəng edib
Dünən, 14:38
İsti hava 3700 insanın ölümünə səbəb olub
Dünən, 13:04
Dünyanın ən böyük qızıl yatağı tapılıb
Dünən, 12:30
Türkiyə Colaninin iplərini əlində saxlaya biləcəkmi?
28-12-2024, 20:41
Ceyhun Bayramov ilə Sergey Lavrov telefonla danışıb
28-12-2024, 17:56
Zelenski İlham Əliyevə zəng edib
28-12-2024, 17:11
Ruben Vardanyanın cinayət işi məhkəməyə göndərilib
28-12-2024, 16:50
Putin İlham Əliyevə zəng edib - Təyyarə qəzasına görə üzrxahlıq olunub
28-12-2024, 15:45
Məşhur öncəgörənlərin 2025-ci il üçün proqnozu necədir?
28-12-2024, 14:18
Təyyarə qəzası ilə bağlı yeni göstəriş verilib
28-12-2024, 13:48
2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilib - Sərəncam
28-12-2024, 13:37
Şəhər uğrunda son döyüşə hazırlaşırlar
28-12-2024, 11:34
Türkiyə Suriyada nə qazanacaq?
27-12-2024, 22:50
Türkiyə qəza ilə bağlı Bakıya araşdırma qrupu göndərir
27-12-2024, 18:19
Xəzərdə qədim gəmi aşkar edilib
27-12-2024, 17:24
AZAL: təyyarəmiz xarici müdaxilə nəticəsində qəzaya uğrayıb
27-12-2024, 16:51
Plastik cərrahlarla bağlı araşdırma aparılacaq
27-12-2024, 16:34
Səhiyyə Nazirliyində əməliyyat: şöbə müdirləri ifşa edilib
27-12-2024, 16:21
Azərbaycan Sənaye Korporasiyası ləğv edilib - Sərəncam
27-12-2024, 16:16
AZAL Rusiyanın şəhərlərinə uçuşları dayandırıb - (Yenilənib) - Siyahı
27-12-2024, 16:16
Prezident İlham Əliyev Tokayevə zəng edib
27-12-2024, 13:37
Qarabağda torpaqların güzəştlə icarəyə verilmə qaydaları təsdiqlənib
27-12-2024, 13:08
Suriyada Ankaranın maraqları nədən ibarətdir?
27-12-2024, 13:01
Büdcə təşkilatları işçilərinin yeni maaşları təsdiqlənib - Cədvəl
27-12-2024, 12:00
Xocalının Ballıca kəndinə növbəti köç olub
27-12-2024, 11:35
Hərbi xidmətlə bağlı qanun dəyişir
27-12-2024, 11:24
Putin Trampın sülh planı ilə razılşamır
27-12-2024, 10:27
Prezident 2025-ci ilin dövlət büdcəsini təsdiqləyib
27-12-2024, 10:26
Ruslar Ukraynada yeni əraziləri işğal edir - Foto
26-12-2024, 17:06
AZAL-ın təyyarəsini Rusiya vurub - (Yenilənib)
26-12-2024, 14:37
Qəzada həlak olanların siyahısı açıqlanıb
26-12-2024, 13:25
Rusiya Trampla Ukrayna məsələsini müzakirə etməyə hazırdır
26-12-2024, 11:10
D8-də Pezeşkian üçün çətin anlar və ütülü bəyanatlar
26-12-2024, 10:49
Qəzada sağ qalan sərnişinlərdən 12-si Azərbaycana gətirilir
26-12-2024, 09:13
Xəzinə yüklü 250 gəmini axtarırlar
26-12-2024, 00:01
Bu gün Azərbaycanda matəm günüdür
25-12-2024, 22:53
Bakıdan Qroznıya uçan sərnişin təyyarəsi qəzaya uğrayıb - Video (Yenilənib+) - Fotolar
25-12-2024, 15:52
Ərdoğan İlham Əliyevə zəng edib
25-12-2024, 14:40
Əli Əsədovun sədrliyi ilə dövlət komissiyası yaradılıb - Qəza ilə bağlı
25-12-2024, 14:22
Təyyarə qəzasından 32 nəfər sağ çıxıb
25-12-2024, 13:46
Ayda yaşayış binası tikəcəklər