AFFA futbolçular cəzalandırıb
Tarix: 26-12-2024 12:46 | Bölmə: İdman
AFFA futbolçular cəzalandırıb

AFFA İntizam Komitəsi aşağı liqalarda rəqiblərini və hakimi təhqir edən futbolçuları cəzalandırıb.

Reyting.az
xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.

AFFA U-16 Liqasında keçirilmiş "Lion" - "Asta" matçında hər iki komandanın oyunçuları rəqiblərini təhqir ediblər. "Lion"dan Hüseyn Hüseynov, "Asta"dan Rəsul Quliyev 3 oyunluq diskvalifikasiya ilə üzləşiblər.

AFFA U-14 Liqasında isə Göyçayın "Çinar" kollektivinin futbolçusu İbrahim Şəfiyev Beyləqanın "Mil" komandası ilə görüşdə hakimi təhqir etdiyi üçün qırmızı vərəqə alıb. O, 2 matçlıq cəzalandırılıb.




Bölməyə aid digər xəbərlər
23-03-2025, 00:24 Azərbaycan millisi uduzub