Təyyarə qəzasından 32 nəfər sağ çıxıb
Tarix: 25-12-2024 14:22 | Bölmə: Slayd
Təyyarə qəzasından 32 nəfər sağ çıxıb

Aktau yaxınlığında qəzaya uğrayan AZAL-a məxsus təyyarədən 32 nəfər sağ çıxıb.

Reyting.az
xəbər verir ki, bunu Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov brifinqdə deyib.

Kənan Zeynalov bildirib ki, hazırda Qazaxıstanın prokurorluq orqanları ilə qarşılıqlı cinayət işinin istintaqı prosesi davam etdirilir:

"Cinayət işinin istintaqı ilə bağlı bütün versiyalarla bağlı işlər aparılır. İstintaqla bağlı hər hansı bir nəticə deyə bilmirik. Bütün versiyalarla bağlı işlər aparılır, müvafiq ekspertizalar həyata keçirilir. Baş prokurorun müavininin rəhbərliyi ilə istintaq qrupu Qazaxıstana ezam olunub, orada iş başındadır".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər