09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
Türkiyə qəza ilə bağlı Bakıya araşdırma qrupu göndərir
Tarix: 27-12-2024 22:50 | Bölmə: Slayd
Türkiyə qəza ilə bağlı Bakıya araşdırma qrupu göndərir

“Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhərində qəzaya uğraması ilə bağlı Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin müraciəti əsasında qəzanın səbəblərini araşdırmaq, texniki və əməliyyat təhlillərini aparmaq və qəza vəziyyətini təmin etmək üçün Türkiyə 8 nəfərdən ibarət araşdırma qrupunu Bakıya göndərir.

Reyting.az
APA-ya istinadla bildirir ki, bunu Türkiyənin nəqliyyat naziri Abdulkadir Uraloğlu deyib.

Nazir qeyd edib ki, nümayəndə heyəti bu gün axşam saatlarında Bakıya yola düşəcək və sabahdan etibarən öz təcrübə sahələrinə uyğun olaraq insidentin bütün aspektlərini araşdırmaq üçün Azərbaycanın hakimiyyət orqanları ilə koordinasiyalı şəkildə işləyəcək.

“Türkiyə olaraq hər şəraitdə Azərbaycanın yanında olduğumuzu bildirir, həyatını itirənlərə Allahdan rəhmət, azərbaycanlı qardaşlarımıza şəfa diləyirik”, - Uraloğlu qeyd edib.




Bölməyə aid digər xəbərlər