Xaçmazda əməliyyat: narkotik satan qadınlar tutulub
Tarix: 03-10-2023 11:02 | Bölmə: Cəmiyyət
Xaçmazda əməliyyat: narkotik satan qadınlar tutulub

Xaçmaz Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinin əməkdaşları tərəfindən narkotiklərlə bağlı keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin əldə edilməsi, daşınması, qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan rayon sakinləri Rəvan Seyidov, Sevcan Zayumova və Humay Məmmədova saxlanılıblar.

Reyting.az
DİN-ə istinadla xəbər verir ki, həmin şəxslərin üzərlərinə və yaşadıqları evlərə baxış keçirilən zaman külli miqdarda narkotik vasitə olan heroin, marixuana və psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Rəvan Seyidovun barəsində həbs, daha iki qadından birinin barəsində ev dustaqlığı, digəri barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.




Bölməyə aid digər xəbərlər
12-06-2024, 12:49 Sabah yağış yağacaq
11-06-2024, 13:09 Sabah yağış yağacaq

{sape_links}{sape_article}