19:37 / 15-10-2024
Cəlilabadda zəlzələ olub
Lalədən araq buraxıldı: Ağzının dadını bilən adamlar üçün
Tarix: 02-11-2018 17:41 | Bölmə: Cəmiyyət
Lalədən araq buraxıldı: Ağzının dadını bilən adamlar üçün

Lalələr təkcə gözəl gül deyil, həm də araq istehsalı üçün yaxşı xammaldır.

Reyting.az xəbər verir ki, hollandiyalı kino rejissoru və iş adamı Coris Putman qeyri-adi spirtli içki yaradıb.

O, resept üzərində bir neçə il boyu işləyib. Nümunələr içkini ortaya çıxarana məxsus olan Clusius Craft Distillers liker-araq zavodunda yoxlanılıb.

Çoxsaylı cəhdlərdən və eksperimentlərdən sonra Putman lalə arağının ideal dadına nail olub. O, hollandiyalıların o qədər xoşuna gəlib ki, hətta ən bahalı restoranlarda içilir.

Laləli arağın hələ ki iki növü var – bir şüşə Pure 295 və Premium 48 avroyadır.

Putman ilk istehsal üçün 350-yə yaxın, sonuncu üçün 40-a yaxın lalə başından istifadə edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:56 Sabah yağış yağacaq
Dünən, 13:03 Sabah leysan yağacaq
11-10-2024, 12:49 Sabah yağış yağacaq
10-10-2024, 12:47 Sabah yağış yağacaq

{sape_links}{sape_article}