Azərbaycan sərhədini pozan İran vətəndaşları saxlanılıb
Tarix: 27-02-2024 14:00 | Bölmə: Cəmiyyət
Azərbaycan sərhədini pozan İran vətəndaşları saxlanılıb

Dövlət Sərhəd Хidmətinin (DSX) Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri Azərbaycanın dəniz sərhədini pozan şəxsləri saxlayıb.

Reyting.az
DSX-yə istinadla xəbər verir ki, “Şahdağ” sərhəd gözətçi gəmisi Xəzər dənizinin Azərbaycana mənsub bölməsinin Ələt reydi istiqamətində cənuba doğru hərəkət edən naməlum hədəf aşkar edib.

Sərhəd gözətçi gəmisinin sürətli manevrləri nəticəsində Xəzər dənizinin Azərbaycana mənsub bölməsinin cənub istiqamətində Kürdili adası reydində “Yamaha-200” mühərriki ilə təchiz edilmiş iki nəfər heyət üzvü olan itisürətli qayıq saxlanılıb.

Dəniz sərhədini pozduqlarına görə saxlanılmış qayığın heyət üzvlərinin İran İslam Respublikası vətəndaşları, Yusifinecat Mehran Tağı oğlu və Şəhram Mahmudi Qafur oğlu olduqları müəyyən edilib.




Bölməyə aid digər xəbərlər
28-05-2024, 15:17 KTN-də yeni təyinat olub
24-05-2024, 12:54 MEDİA müsabiqə elan edib
24-05-2024, 12:26 Sabah yağış yağacaq

{sape_links}{sape_article}