16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Ermənilər Malıbəyli kəndinin qəbiristanlığını tamamilə dağıdıblar
Tarix: 28-02-2024 11:24 | Bölmə: Cəmiyyət
Ermənilər Malıbəyli kəndinin qəbiristanlığını tamamilə dağıdıblar

Erməni separatçıları işğal dövründə Xocalı rayonunun Malıbəyli kəndinin qəbiristanlığını tamamilə dağıdaraq yer üzündən siliblər.

Reyting.az
“Report”a istinadla xəbər verir ki, düşmən 30 ildən çox işğal altında saxladığı kəndin dini, mədəni, tarixi abidələri ilə yanaşı məzarlıqları da dağıdaraq viran qoyub.

İşğalçılar məqsədyönlü şəkildə azərbaycanlılara məxsus məzar daşlarını məhv ediblər. Qəbirlərin başdaşlarını sındırıblar, oğurlayaraq aparıblar, məzarları isə qazıblar. Bir çox qəbirdaşları isə tanınmaz hala salınıb.

Malıbəyli işğaldan azad ediləndən sonra qəbiristanlıqda bərpa işlərinə başlanılıb, bir neçə başdaşı əvvəlki yerinə qaytarılıb. Amma məzarların əksəriyyətinin yerini müəyyənləşdirmək belə mümkün deyil.

Qəbiristanlığı ziyarət edən malıbəylilər doğmalarının məzarlarını tapa bilməyiblər.

Xatırladaq ki, Malıbəyli kəndi 1992-ci il fevralın 11-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Azərbaycan Ordusunun 2023-cü il sentyabrın 19-20-də keçirdiyi antiterror əməliyyatları zamanı kənd işğaldan azad edilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}