Dövlət İdarəetmə və Texnologiya Kollecinə direktor təyin olunub
Tarix: 14-03-2024 17:25 | Bölmə: Cəmiyyət
Dövlət İdarəetmə və Texnologiya Kollecinə direktor təyin olunub

Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinə yeni direktor təyin olunub.

Reyting.az
xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, agentlik direktorunun müvafiq əmri ilə Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin tarix müəllimi Samir Dadaşov Kollecin direktoru vəzifəsinə təyin edilib.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyində yeni direktorla görüş keçirilib və görüşdə Kollecdə baş verən neqativ hallar, mövcud olan nöqsanlar barədə onunla müzakirələr aparılıb. Tədrisin şəffaf, obyektiv və keyfiyyət prinsipləri əsasında təşkili kimi məsələlər Kollec rəhbərinin qarşısına ciddi tələb olaraq qoyulub.

Qeyd edək ki, Samir Dadaşov 2001-ci ildə Bakı Dövlət Universitetinin "Tarix" ixtisası üzrə bakalavriat səviyyəsini, 2003-cü ildə isə eyni ixtisas üzrə həmin universitetin magistratura səviyyəsini fərqlənmə ilə bitirib. Həmin vaxtdan S.Dadaşov Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində müəllim vəzifəsində çalışmağa başlayıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}