20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Prokurorluq bələdiyyə torpaqları ilə bağlı vətəndaşlara müraciət edib
Tarix: 15-03-2024 11:53 | Bölmə: Cəmiyyət
Prokurorluq bələdiyyə torpaqları ilə bağlı vətəndaşlara müraciət edib

Baş Prokurorluq bələdiyyə torpaqları ilə bağlı vətəndaşlara müraciət edib.

Prokurorluqdan Reyting.az-a verilən məlumata görə, müraciətdə "Vətəndaş müraciətindən sonra bələdiyyə tərəfindən torpaq sahəsinin verilməsindən imtina olunarsa və ya korrupsiya faktı ilə qarşılaşarsa, hansı qaydada şikayət edilə bilər?" sualına aydınlıq gətirilib.

Bildirilib ki, torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana (Ədliyyə Nazirliyində Bələdiyyələrlə İş Mərkəzi) və ya məhkəməyə, korrupsiya faktı ilə qarşılaşdıqda Baş Prokurorluğun 961 nömrəli “Çağrı Mərkəzi” və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinə zəng etməklə və ya birbaşa şikayət verilə bilər:

"Ərizələrə baxılmasının müəyyən edilmiş müddətlərinin gecikdirilməsi torpaq sahəsinin verilməsindən imtina edilməsi kimi qiymətləndirilir. Məhkəmə işə baxarkən torpaq sahəsinin verilməsindən imtinanın qanuni və ya qanunsuz olduğu barədə qərar qəbul edir. Sonuncu halda məhkəmənin qərarı torpaq sahəsi üzərində hüquqların rəsmiləşdirilməsi üçün əsasdır və qanunvericiliklə müəyyən edilmiş qaydada yerinə yetirilməlidir".




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər