Küçəyə atılan professor üçün 40 min manata yaxın yardım toplanıb
Tarix: 02-04-2024 17:19 | Bölmə: Cəmiyyət
Küçəyə atılan professor üçün 40 min manata yaxın yardım toplanıb

Bakıda Yasamal rayonunda kirayə yaşadığı evdən küçəyə atılan professor Fazil Qaraoğlu üçün 40 min manata yaxın yardım toplanıb.

Reyting.az
xəbər verir ki, bunu “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu deyib:

“Bu vaxta qədər 37962 manat məbləğində vəsait yığılıb. İanələr davam edir. Yardım etmək istəyənlər hələ çoxdur. Fazil bəy Yeni Yasamalda sosial binalarda (MİDA) 3 otaqlı mənzilə yerləşdirilib. Bu gün yır-yığış işləri gedir, narahat etmək istəmədim. Sabah baş çəkib sizə əlavə məlumat verəcəm”.

Qeyd edək ki, Heydər Əliyev Fondu alimin bir illik kirayə haqqını öz üzərinə götürüb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}