Yaxın illərdə insanları Aya və Marsa aparmaq mümkün olacaq
Tarix: 09-04-2024 00:50 | Bölmə: Cəmiyyət
Yaxın illərdə insanları Aya və Marsa aparmaq mümkün olacaq

“SpaceX” şirkəti beş il ərzində insanları Aya, yeddi-doqquz il ərzində isə Marsa çatdıra biləcək.

Reyting.az
xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə amerikalı sahibkar və “SpaceX” şirkətinin qurucusu Elon Maskın aprelin 8-də “X” sosial şəbəkəsində dərc olunan müsahibəsində bildirib.

Onun sözlərinə görə, Marsa enən ilk gəmidə əvvəlcə heç kim olmayacaq: “Məncə, bu beş il ərzində ola bilər. Düşünürəm ki, beş il ərzində insanları Aya çatdıracağıq. Marsda ilk insanlar, düşünürəm ki, yeddi və ya doqquz il ərzində ola biləcəklər".

Maskın fikrincə, iki planetdə olmağı bacaran bəşəriyyət gələcəkdə başqalarına çata biləcək və bu zaman sağ qalmaq şansı daha yüksək olacaq.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}